PDF Oxu

Siyasət

  • 17

"İran Azərbaycan vətəndaşları ilə bağlı məhdudiyyət qoymayıb"

"İran Azərbaycan vətəndaşları ilə bağlı məhdudiyyət qoymayıb"

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi sərhəd keçid məntəqələrində Azərbaycan Respublikası vətəndaşları üçün qoyulan məhdudiyyətlə bağlı xəbərlərə münasibət bildirib. Bu barədə SİA-ya açıqlama verən səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi məlumatları təkzib edərək bildirib ki, İran Azərbaycan vətəndaşları ilə bağlı heç bir məhdudiyyət qoymayıb.

O, İran İslam Respublikasının Azərbaycan və İran xalqları arasında əlaqələrın güclənməsində maraqlı olduğunu vurğulayaraq, əlavə edib ki, Azərbaycan vətəndaşları viza rejiminin ləğv olunması haqqında qanundan istifadə edərək, istənilən zaman İrana səfər edə bilərlər.

Ayətullahi qeyd edib ki, İran nəinki Azərbaycan vətəndaşlarının İrana səfərinə məhdudiyyət qoyulmasını istəmir, hətta gediş-gəlişin asanlaşdırılması üçün sərhəd keçid məntəqələrinin iş saatını artırıb.

Qeyd edək ki, bəzi KİV-lərdə İran sərhəd keçid məntəqələri ilə bağlı yeni qaydaların tətbiq edildiyi və bu qaydalara görə, Azərbaycan vətəndaşları İrana ayda iki dəfədən artıq buraxılmayacaqları ilə bağlı məlumatlar yayılmışdı.

sia.az

Digər xəbərlər