PDF Oxu

Siyasət

  • 22

Qondarma “erməni soyqırımı” mövzusunda tədbir keçirilib

Qondarma “erməni soyqırımı” mövzusunda tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Ofisində qondarma "erməni soyqırımı" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov, Bakı Dövlət Universitetinin prorektoru, tarix tarix elmləri doktoru və qondarma erməni soyqırımı ilə bağlı araşdırmalar aparan Sani Hacıyev, fəal gənclər və KİV əməkdaşları iştirak edib.YAP GB sədri Seymur Orucov tədbiri açaraq ermənilərin tarixi yalanları haqqında danışıb. O bildirib ki, ermənilər uzun illərdi tarixdə heç zaman olmayan uydurma "soyqırımı"nı dünyanın gündəliyinə gətirirək ondan siyasi məqsədlər üçün istifadə edirlər. İndi ayrı-ayrı ölkələrin parlamentlərində deputatlar əl qaldırıb, endirməklə sözdə "soyqırımı"nın guya, 1915-ci ildə olduğu barədə sənədlər qəbul edirlər".S.Orucov əlavə edib ki, təəssüf ki, erməni lobbisi və diasporunun məkrli siyasətinə uyan bir çox ölkələrin parlamentləri qondarma "erməni soyqırımı" ilə bağlı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddiaları tanıyıblar. 15 aprelin 2015-ci il tarixində Avropa Parlamenti də belə bir xain qərar qəbul etdi. Bu gün uydurma "soyqırımı"nın 100 illiyini qeyd edən ermənilər Avropa parlamentinin bu addımını toy-bayram etməyə başlayıblar".Daha sonra Bakı Dövlət Universitetinin prorektoru, tarix tarix elmləri doktoru və qondarma erməni soyqırımı ilə bağlı araşdırmalar aparan Sani Hacıyev gənclərə apardığı araşdırmalar nəticəsində əldə etdiyi məlumatları, soyqırımın yalan olduğunu bildirib. Natiq ermənilərin iddia etdikləri, 1915–ci ildə baş verən qondarma erməni soyqırımının heç bir fakta söykənmədiyini bildirib. Eyni zamanda o ermənilərin Azərbaycanla əlaqəli planlarından, siyasi fəaliyyətindən danışdı. O, Xocalı soyqırımının necə baş verməsi haqda faktları diqqətə çəkib.Tədbirə müzakirələrlə yekun vurulub.

sia.az

Digər xəbərlər