İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisində mayın 3-də keçiriləcək qondarma "parlament seçkiləri"ni pisləyərək deyib ki, bu "seçkilər" qanunsuzdur, BMT-nin, İƏT-in və ATƏT-in qətnamələrinə ziddir.
AZƏRTAC İƏT-in rəsmi saytına istinadla xəbər verir ki, baş katib beynəlxalq ictimaiyyəti bu "seçkiləri" pisləməyə və onu qeyri-qanuni hesab etməyə çağırıb.
İyad bin Amin Mədəni İƏT-in Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin müvafiq qətnamələrə uyğun olaraq, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həlli istiqamətindəki səylərini dəstəklədiyini bir daha vurğulayıb.
AZƏRTAC