PDF Oxu

Siyasət

  • 19

Musa Quliyev: “Onlar sadəcə olaraq utanmalıdırlar” AÇIQLAMA

Musa Quliyev: “Onlar sadəcə olaraq utanmalıdırlar” AÇIQLAMA

Bu gün Azərbaycanda müxalifətin sərbəst fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev müxalifətin növbəti dəfə planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, bu gün müxalifət Azərbaycan parlamentində təmsil olunur, ölkəmizdə onların qəzetləri çap olunur və saytları mövcuddur: "Onlar istənilən vaxt mətbuat konfransları, eləcə də istənilən təkliflə yerli və mərkəzi hökumətə müraciət edə bilərlər. Təbii ki, hökumət də onların istənilən təklifini müzakirə etməyə hazırdır. Bundan başqa dəfələrlə iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası müxalifətə dialoq üçün qapılarının açıq olduğunu bildirib. Radikal müxalifət istisna olmaqla, Azərbaycan müxalifətinin böyük bir qrupu iqtidar-müxalifət dialoquna qatılırlar. Onlara vaxtaşırı olaraq ümummilli məsələlərdə həmrəylik göstərir".M.Quliyev əlavə edib ki, özünü müxalifət adlandıran və xarici müəyyən təşkilatlar tərəfindən dəstəklənən (istər maliyyə, istərsə də ideoloji tərəfdən) kiçik bir qrup da var ki, onların ümumiyyətlə siyasi müxalifətə aidiyyatları yoxdur: "Onlar sadəcə olaraq dağıdıcı insanlardır, eləcə də xüsusi missiya ilə Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı şəxslərdir. Təbii ki, bu şəxslərin məqsədi aldıqları qrantı, vədi müəyyən şəkildə reallaşdıraraq görüntü yaratmaqdır. Bu gün mitinq, piket keçirmək, hansısa bir məsələyə etiraz bildirmək lazım gələrsə, bu yalnız Qarabağ məsələsinin ətrafında olmalıdır. Bu gün Azərbaycanda elə bir ciddi problem yoxdur ki, o, hansısa ciddi etirazla qarşılansın. Mitinq və piket keçirənlər özlərinə başqa format tapa bilmədiklərinə görə sadəcə olaraq öz varlıqlarını sübut etməyə çalışırlar. Onlar nə iqtidarın yanında yer tuta bilirlər, nə də ki konstruktiv müxalifət ola bilirlər. İndiyədək müxalifətin keçirdiyi aksiyalarda ailə üzvlərindən başqa heç kim iştirak etmir. Onlar sadəcə olaraq utanmalıdırlar".

sia.az

Digər xəbərlər