PDF Oxu

Siyasət

  • 21

Alper Coşkun: "Yalanlara qarşı Azərbaycanla birgə mübarizə aparacağıq” AÇIQLAMA

Alper Coşkun: "Yalanlara qarşı Azərbaycanla birgə mübarizə aparacağıq” AÇIQLAMA

"Birinci Dünya Müharibəsi illərində təkcə ermənilər əziyyət çəkməyib, həmin vaxt bütün xalqlar əziyyət çəkib. Buna baxmayaraq, həmin xalqların içərisindən təkcə ermənilər seçilərək Türkləri soyqırımı ilə ittiham edirlərsə, bu qəbuledilməz haldır". SİA-nın məlumatına görə, bu sözləri bu gün jurnalistlərə verdiyi açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun deyib.Onun sözlərinə görə, hələ "soyqırımı" yalanının siyasi bir çərçivədə həyata keçirilməsi tarixə obyektiv bir baxış deyil, fərqli məqsədlərlə yanaşma deməkdir: "Biz bildiyimiz həqiqətlərlə birlikdə ölkəmizə və tarixi gerçəklərə yaraşan bir şəkildə bu məsələyə münasibət göstərməyə davam edəcəyik".Səfir həmçinin onu da vurğuladı ki, 1915-ci il hadisələrini tarixi faktlarla araşdırmaq istəyən varsa, bizim bunun üçün qapılarımız açıqdır. Lakin bizə qarşı kinli münasibətlər həqiqətə uyğun olmadan davam etdirilirsə, biz Azərbaycanla birlikdə buna qarşı mübarizəmizi davam etdirəcəyik: "Həmin dönəmin həqiqətlərini doğru bir şəkildə araşdırmağa həvəs edən varsa, biz buna hazırıq. Dövrün hadisələrində doğru və yanlışlar harda olubsa, iztirabların və əziyyətlərin necə və nə üçün çəkildiyini araşdırmaq istəyən varsa biz buna hazırıq. Amma kinli bir şəkildə Türkiyə dövlətinə, Türk tarixinə ləkə vurmaq istəyənlərin qarşısında fikirlərimizi hayqıracağıq. Azərbaycan və Türk dünyası ilə, həmçinin tarixə obyektiv bir şəkildə sahib çıxmaq istəyənlərlə birlikdə bu mübarizəni aparmağa davam edəcəyik".

sia.az

Digər xəbərlər