"Ümumiyyətlə beynəlxalq təşkilatların Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası hər zaman olub". Bunu SİA-ya "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov bu il ölkəmizdə keçiriləcək Bakı 2015 birinci Avropa Oyunları ərəfəsində xarici təşkilatların ölkəmizə qarşı sərgilədiyi ikili standartlara münasibət bildirərkən deyib.Birik sədrinin sözlərinə görə, "İrəli" İctimai Birliyi ətrafına yığdığı bütün gənclərlə birlikdə ölkəmizdə keçiriləcək Bakı 2015 birinci Avropa Oyunlarına dəstək olmaqda davam edəcək: "Hətta 2012-ci ildə ölkəmizdə keçirilən "Avroviziya" mahnı müsabiqəsində biz ölkəmizə qarşı olan şər-böhtanın, qarayaxma kampaniyalarının şahidi olduq. Heç bir fikir, əsassız düşüncələr, bəyanatlar bu gün Azərbaycanın möhkəmlənməsinə təsir edə bilməz. Bu gün Azərbaycan dövləti apardığı müstəqil siyasət nəticəsində Avropa Oyunlarını ən yüksək səviyyədə həyata keçirəcək. "Human Rights Watch", "Amnesty İnternational" və digər təşkilatlar heç vaxt heç bir əsas verməyib ki, Azərbaycan öz daxilində olan məsələləri beynəlxalq hüquqlara dayandırsın. Əslində dünya siyasətində beynəlxalq hüquq çalışmır o, sadəcə olaraq riyakarlıq kimi çalışır. Təbii ki, biz bunu çox yaxşı bilirik. Azərbaycanın daxili siyasəti, bu gün onun artan qüvvəsi cənab Prezident İlham Əliyevin siyasi iradəsi bizə onu deməyə əsas verir ki, Avropa Oyunları ölkəmizdə çox yüksək səviyyədə keçiriləcək".
sia.az