PDF Oxu

Siyasət

  • 23

Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA-da seçildikləri yüksək vəzifələrə təsdiq ediliblər

Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA-da seçildikləri yüksək vəzifələrə təsdiq ediliblər

Aprelin 24-də Avropa Şurası Parlament Assamleyasının (AŞPA) yaz sessiyasına yekun vuran büro iclasında qurumda müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İclasda Azərbaycan nümayəndə heyətinin üzvləri Sahibə Qafarova qadınlara qarşı zorakılıqla mübarizə məsələsi üzrə baş məruzəçi və "Zorakılıqda azad qadın" parlament şəbəkəsi üzrə əlaqələndirici, Sevinc Fətəliyeva isə uşaqlarla bağlı məsələdə baş məruzəçi vəzifələrinə rəsmən təsdiq ediliblər. Sevinc Fətəliyevaya, eyni zamanda, Avropa Şurası ilə BMT arasında uşaqlarla bağlı bütün işlərin etibar edilməsi məsələsi də təsdiq olunub.

Bununla da büro öz işinə yekun vurub.

AZƏRTAC

Digər xəbərlər