Avropa Oyunları ərəfəsində sapı özümüzdən olan baltaların ermənisayaq təxribat cəhdləri keçməyəcək
Azəraycanda I Avropa Oyunlarının start verilməsinə sayılacaq zaman qalsa da, Qərbin və erməni lobbisinin azğınlıq cəhdləri də artmağa başlayır. Məsələnin daha bir tərəfində isə sapı özümçüzdən olan baltaların dayanmasıdır. Uzun illərdir ki, Azərbaycanın inkişaf və tərəqqi strategiyasına qarşı çıxaraq, yalnız erməni lobbisinin və bu lobbinin külli miqdarda vəsait xərclədiyi bir sıra Qərb dairələrinin təlimatlalrını canla-başla icra edən həmin "baltalar" gah "siyasi məhbus", gah da bu kimi digər iddiaları ilə ölkəmizdə keçiriləcək möhtəşəm oyunları "boykot" edəcəkləri ilə "hədələyirlər". Lakin fakt budur ki, bu günə qədər atılan çoxsaylı bənzər addımların heç biri nə həmin yerli "baltalara" nə də onları təlimatlandıran siyasi dairələrə səmərə verməyib. Çünki ölkəmizdə də dünyada da sağlam düşünəyə malik olan ictimai qurumlar kifayət qədərdir. Həmin ictimai rəylərin verdiyi əsaslar isə qaranlıq, qaragüruhçu stereotipləri məhv edir.
"Siyasi Məhbuslarsız Azərbaycan adlı qondarma qurumun bəyanatı "I Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının ifşa etdiyi faktı sübuta yetirdi
Bu arada daha bir erməni lobbisindən qidalanan təşkilat - "Siyasi məhbuslarzıs Azərbaycan" adlı qondarma qurum Avropa Oyunlarını "boykot" etmək adı altında məhz erməni dəyirmanına su tökməklə məşğul olacağını aşkar şəkildə bəyan edib. Belə ki, həmin qondarma və siyasiləşmiş QHT-nin rəhbəri olan Oqtay Gülalıyev əldə etdiyi qrantları tam şəkildə mənimsədikdən sonra indi də həbsxanalarda məhbisların "boykot" taktikası ilə "etiraz" edəcəklərini bildirib.
Xatırlatmaq yerinə düşərdi ki, bu günlərdə "I Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası keçirdiyi tədbirdə olduqca vacib məlumat səsləndirmişdi. Bidirilmişdi ki, Avropa Oyunları ərəfəsində ölkəmizə axın edəcək xarici jurnalsitlər içində xüsusi olaraq öyrədilmiş və media vasitəsilə təxribatlar törədəcək insanlar da olacaq və əgər biz həmin faktı sözügedən QHT-nin "boykot"u ilə əlaqələndirsək, burada bir uzlaşmanın şahidi olarıq. Yəni bütün bunlar öncədən planlaşdırılmış vasitələrdir. Məsələn, Oqtay Gülalıyev deyir ki, həbsxanalarda məhbuslar aclıq aksiyası keçirəcək və bütün dünya bunu biləcək: "Biz Avropa Oyunları ərəfəsində müəyyən tədbirlərin baş tutmasını planlaşdırırıq..." ("Azadlıq" qəzetinin saytı, 24 aprel, 2015, 08:55).
Demək, "I Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının ortaya çıxardığı ifşaedici fakt bir daha öz sübutunu tapmışdır və burada erməni lobbisinin maraqlarının təmin olunması şübhəsizdir. Oqtay Gülalıyev və onun kimi digər sapı özümüzdən olan baltalar isə, sadəcə, erməni lobbisinə nökərçilik etməklə məşğuldurlar.
Qarşı tərəfdə özü-özündən xoflanma halı baş qaldırır
Başqa tərəfdən, radikal müxalifətə məxsus media qurumları, xüsisilə, AXCP sədrinin təsiri altında dərc edilən "Azadlıq" qəzetində vaxtaşırı şəkildə anti-təbliğat kampaniyaları aparılır. Söz yox ki, Əli Kərimli təkbaşına bu oyunbazlıqlarda iştirak etmir. Çünki uzun illərdir ki, bu istiqamətdə təlimatlandırılan və qrantlar yeyən Əli Kərimli indi də həmin fəaliyyətini davam etdirir. Lakin onların fəaliyyətlərinin səmərəsizliyi elə onlarınca, iqtidara qarşı qərəzlərini daha da büruzə verir. Məsələn, iddia edirlər ki, guya hakimiyyət müxalifətin bu kimi addımlarına aqressiv münasibət sərgiləyir. Ancaq görünən budur ki, əslində, qarşı tərəfdə özü-özündən xoflanma halı baş qaldırır və Qərbin, erməni lobbisinin verdiyi təlimatları onların istədikləri tərzə yerinə yetirə bilmədikləri üçün azğınlaşır və aqressivləşirlər. Bunu isə hakimiyyətin üzərinə atmağa uğursuz cəhdlər göstərirlər.
Yerli "baltaların", erməni lobbisinin və Qərb təşkilatlarının Avropa Oyunlarına qarşı başlatdıqları "mücadilə" elə onların ağır məğlubiyyətləri ilə nəticəsini tapmaqdadır
Avropa Oyunlarına qarşı çıxan yerli "baltalar" indidən məğlub olduqlarının fərqindədirlər. Bu səbəbdən də real təsir imkanlarına malik olmadıqlarını dərk edərək, oynadıqları oyunları onların özlərinə zərər verir. Belə olan halda, istər yerli "baltaların", istərsə də onlara himayədarlıq edən erməni lobbisinin və Qərb təşkilatlarının Avropa Oyunlarına qarşı başlatdıqları "mücadilə" elə onların ağır məğlubiyyətləri ilə nəticəsini tapmaqdadır.
Rövşən NURƏDDİNOĞLU