PDF Oxu

Siyasət

  • 24

Adın vüqarlıdır sənin, ey qadın!

Adın vüqarlıdır sənin, ey qadın!

Bu sözlər YAP İsmayıllı rayon təşkilatı qadınlar şurasının Gəndov kənd ümumi orta məktəbində müəllim - şagird kollektivi, Təzəkənd kənd icra nümayəndəsi Feruz Kərimov, Təzəkənd kənd bələdiyyəsinin sədri Azər Bağırov, təhsil şöbəsinin aparıcı mütəxəssisi Ramiz Baloğlanovun iştirakı ilə Azərbaycan Respublikasının əməkdar elm xadimi, tanınmış oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbirdə səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova qeyd edib ki, bu günlərdə ölkəmizin hər yerində oftalmologiya elminin inkişafında böyük xidmətləri olmuş, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü böyük coşqu və təntənə ilə qeyd olunur. Natiq Zərifə xanımın zəngin və mənalı ömür yolundan danışaraq, bu şərəfli həyat yolunun hər bir Azərbaycan qadını üçün örnək, nümunə və kamillik məktəbi olduğunu söyləyib.

Tədbirdə Təzəkənd kənd icra nümayəndəsi Feruz Kərimov, Təzəkənd bələdiyyəsinin sədri Azər Bağırov, rayon təhsil şöbəsinin inspektoru Ramiz Baloğlanov və başqaları çıxış edərək görkəmli alimin Azərbaycan oftalmologiya elminə verdiyi töhfələr, müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatları, əldə etdiyi uğurlar, əsl örnək olan yüksək mənəvi keyfiyyətlərindən, onun bir qadın, ana və gözəl həyat yoldaşı kimi ailəsinə, övladlarına, ömür-gün yoldaşı - Ulu Öndər Heydər Əliyevə olduqca həssas, səmimi, ülvi münasibətindən danışıb. Onlar Zərifə xanımın təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim kimi dəyərləndirildiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, akademik Zərifə xanım Əliyeva öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanıb. Bu gün onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları alimin irsindən faydalanırlar.

Tədbirin sonunda şagirdlər Zərifə Əliyevaya və Onun timsalında analara həsr edilmiş şeirlər oxuyub. Tədbirdən sonra müəllim və şagird kollektivi Zərifə xanım Əliyevanın xatirəsinə ehtiram əlaməti olaraq məktəbin həyətində ağacəkmə, ağartma və təmizlik işləri aparmışlar.

ZÜMRÜD

Digər xəbərlər