PDF Oxu

Siyasət

  • 7

Bakıda NISA-nın konfransı keçirilir YENİLƏNİR

Bakıda NISA-nın konfransı keçirilir YENİLƏNİR

Bu gün Bakıda NISA-nın növbəti konfransı keçirilir. SİA-nın məlumatına görə, NISA-nın hazırki konfransı "Xəzər regionunun geosiyasi icmalı: Azərbaycan üçün yeni rol" mövzusuna həsr olunub.Sözügedən konfrans regionun tarixi və geosiyasi inkişafı, region ölkələrinin mövqeləri və strateji maraqları, böyük dövlətlərin, o cümlədən beynəlxalq və regional təşkilatların apardıqları siyasət və bunun regiona təsiri, eləcə də imkanlar (iqtisadi, enerji, nəqliyyat və s.) və s. mövzularla bağlı müzakirələr aparılacaq.Tədbirdə Azərbaycan, Almaniya, Bolqarıstan, Gürcüstan, Kanada, İtaliya, Macarıstan, Qazaxıstan, Pakistan, Polşa, Rusiya, Türkiyə və s. ölkələrdən 40 tələbə və gənc alim iştirak edir. Sessiyada mövzu ətrafında ixtisaslaşmış və tanınmış yerli və xarici ekspertlər məruzəçi qismində çıxış edəcək.Qeyd edək ki, 2003-cü ildən fəaliyyət göstərən NISA-nın beynəlxalq təhlükəsizlik məsələləri üzrə fəal və səmərəli platformadır. Konfrans 27 aprel-1 may tarixlərinə kimi davam edəcək.

sia.az

Digər xəbərlər