PDF Oxu

Siyasət

  • 14

YAP Qadınlar Şurası Zərifə xanım Əliyevanın məzarını ziyarət edib

YAP Qadınlar Şurası Zərifə xanım Əliyevanın məzarını ziyarət edib

Bu gün Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanda olublar. SİA-nın məlumatına görə, YAP Qadınlar Şurasının üzvləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb. Məzarı önünə əklil qoyulub, tər gül dəstələri düzülüb.YAP Qadınlar Şurası sədrinin müavini Sevinc Fətəliyeva deyib ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycan qadını üçün böyük bir zirvədir: "Zərifə xanım Əliyeva əsl nəcabəti, mədəniyyəti, sadəliyi ilə Azərbaycan qadının xatirəsində əbədi olaraq qalacaq. Hesab edirəm ki, biz qadınlar Zərifə xanım Əliyevadan nümunə götürməliyik. Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub. Zərifə xanım Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub".YAP Qadınlar Şurası sədrinin müavini Sevinc Hüseynova isə bildirib ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri olub: "Zərifə xanım Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, nadir elmi əsərlərin müəllifidir. Eyni zamanda Zərifə xanım Əliyeva bu sahədə gənc kadrların hazırlanmasında böyük işlər görüb".

sia.az

Digər xəbərlər