PDF Oxu

Siyasət

  • 9

YAP rəsmisi “qara piar” kampaniyasından danışdı MÜNASİBƏT

YAP rəsmisi “qara piar” kampaniyasından danışdı MÜNASİBƏT

"Azərbaycanın inkişafında əldə etdiyi nailiyyətlər, müəllifi olduğu uğurlara ölkə sərhədlərindən kənarda müəyyən dairələrin qısqanclıqla, qərəzlə yanaşımı birmənalı həqiqətdir". Sözügedən fikriləri SİA-ya Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov son zamanlar Qərb siyasi dairələrinin və onlarla əlbir olan erməni lobbisinin ölkəmizdə keçiriləcək Avropa Oyunları ərəfəsində şantaj və "qara piar" kampaniyaları aparmalarına münasibətini bildirərkən deyib.

Siyasi Şura üzvünün bildirdiyinə görə, bu hal ilk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi edəcəyininin məlum olmasından sonra özünü daha aydın şəkildə büruzə verib: "Oyunlara az bir müddət qaldığı dönəmdə ölkəmizdə görülən hazırlıq işləri isə Azərbaycan əleyhinə olan qüvvələri daha kəskin formada qıcıqlandırır. Çünki, hazırlıq üçün müddətin az olmasına baxmayaraq, Azərbaycan bu işin öhdəsindən kifayət qədər böyük uğurla gəlməyi bacarıb. Yaradılan ifnarstuktur Avropa Oyunlarının ən yüksək səviyyədə baş tutması üçün bütün şəraitin mövcudluğunu göstərir. Avropa Oyunlarına hazırlıqla bağlı ölkəmizdə qarşıya qoyulan bütün hədəflərə qısa zamanda, həm də keyfiyyətlə nail olunub. Azərbaycanda idman qurğularının ən yüksək səviyyədə yenidən qurulması və müasir idman obyektlərinin inşası beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu amil isə idman yarışlarını da qərəzli siyasi məqsədlərə nail olmaq üçün istifadə etməyə çalışanları qıcıqlandırmaqla yanaşı, onların daha aqressiv mövqe sərgiləməsi, qarayaxma kampaniyasını genişləndirmələri ilə müşayiət olunur".

N.Əhmədovun bildirdiyinə görə, bu gün ilk Avropa Oyunlarına qarşı qarayaxma kampaniyası aparanlar Azərbaycanın güclü, regionda aparıcı dövlət olmasından qısqanclıq keçirən qüvvələdir: "Bu qüvvələr əslində, daim Azərbaycana qarşı kampaniya aparır və birinci Avropa Oyunlarına qarşı səsləndirilən fikirlər də növbəti bu xarakterli addımlardan biridir. "Eurovision" mahnı müsabiqəsi ərəfəsində də belə bir qərəzli təbliğat aparılmışdı, amma Azərbaycan sübut etdi ki, qonaq qəbul etməyə, dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi etməyə qadirdir və layiqdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Azərbaycan dünyada böyük nüfuz sahibidir. Bir çox dünya səviyyəli tədbirlərin ölkəmizdə keçirilməsi də bu nüfuzun göstəricisidir. Bu mənada, aydındır ki, ilk Avropa Oyunları da Azərbaycanın dünyadakı müsbət imicini daha da gücləndirəcək".

Partiya rəsmisi istisna etməyib ki, burada erməni lobbisinin xüsusi canfəşanlığı mövcuddur: "Erməni lobbisi və onun təsirində olan dairələr, adlarını ölkə müxalifəti qoyaraq, "sapı özümüzdən olan baltalar" hər fürsətdə Azərbaycana ləkə atmağa çalışırlar. Birinci Avropa Oyunları ərəfəsində baş verənlər buna sübutdur".

Siyasi Şura üzvü bildirib ki, bu günlərdə Rəsul Cəfərovun, İntiqam Əliyevin törətdikləri əməllərinə görə məhkmənin onlara ədalətli hökm çıxarması həmin qüvvələri daha da aqressivləşdirib: "Onlar sanki bunu gözləyirmişlər kimi, hətta ermənilərdən betər şəkildə Azərbaycan dövlətinə və xalqına nə qədər qənm düşmən kəslidiklərini biruzə edirlər. Budur onların açıq sifətləri və yırtılmış maskaları".

sia.az

Digər xəbərlər