Ermənistan prezidenti Serj Sarkisyanın münaqişənin həll olunmamasında Azərbaycanı ittiham edən fikirləri bu qənaətə gəlməyə imkan verir ki, düşmən ölkə qeyri-konstruktiv mövqedən geri çəkilmək niyyətində deyil". Bu sözləri SİA-ya açıqlamasında YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.Onun sözlərinə görə, Serj Sarkisyanın bəyanatında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həlli ilə bağlı heç bir mövqe yoxdur: "Ermənistan yenə əvvəlki ampulasındadır. Yəni, Ermənistanın yeritdiyi siyasətdə heç bir dəyişiklik etmək niyyəti yoxdur. Ermənistanın heç bir halda müstəqil siyasəti yoxdur, diktə altında fəaliyyət göstərir. Buna görə də Ermənistanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsi deyil, Böyük Britaniyalı ekspertlərində gəldiyi mövqe, ölkənin tamamilə suverenliyinin itirilməsidir".Politoloq deyib ki, bu gün Ermənistan prezidenti çox böyük gərginlik içərisindədir: "Bir yandan Ermənistan sistemli böhran yaşayır, bir yandan isə "qondarma "erməni soyqırımı" ilə bağlı keçirdiyi tədbir istənilən səviyyədə alınmadı. Sadə müqayisə bunu deməyə əsas verir. 4 ölkənin prezidenti Ermənistanda, 21 ölkənin prezidenti isə Türkiyədə".E. Nəsirov hesab edir ki, 24 apreldən sonra Serj Sarkisyanın istənilən bəyanatı verməsinə baxmayaraq, ölkədə gərginlik daha da artacaq: "Çünki, müxalifət məlum tədbirlə bağlı öz mitinqlərinə moratorium qoymuşdu. Bu müddət başa çatıb və ölkədə vəziyyətin gərginləşmə tendensiyası daha da artacaq. Eyni zamanda Ermənistanda əsgər analarının etiraz dalğasının artması gözlənilir. Faktiki olaraq bu gün Ermənistanda müxtəlif qüvvələrin birləşərək Sarkisyan rejiminə qarşı mübarizələrini dərinləşdirməsi proqnozlaşdırılandır".
sia.az