"Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Bunu SİA-ya millət vəkili Məlahət İbrahimqızı deyib.M. İbrahimqızı qeyd edib ki, Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub: "Zərifə xanım həmişə Ulu Öndərimizə mənəvi dayaq, arxa olub. Zərifə xanım oftalmologiya sahəsində görkəmli alim olmaqla yanaşı, həm də Azərbaycan qadınına xas olan ən ülvi, nəcib dəyərləri özündə yaşadan xanım-xatın ziyalı, şəfalı əlləri ilə gözlərə işıq bəxş edən nurlu şəxsiyyət idi. O, həmçinin Azərbaycan xalqına layiqli övladlar yetişdirən gözəl anadır".
sia.az