PDF Oxu

Siyasət

  • 12

Mənəviyyat və kamillik nümunəsi olan görkəmli alim

Mənəviyyat və kamillik nümunəsi olan görkəmli alim

YAP Tərtər rayon təşkilatı Zərifə xanım Əliyevanın 92-ci ildönümünü qeyd edib

YAP Tərtər rayon təşkilatının qərargahında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 92-ci ildönümü ilə bağlı rayon təşkilatı mərkəzi xəstəxana ərazi ilk partiya təşkilatının geniş tərkibli yığıncağı keçirilib.

Tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri, Tərtər rayon icra hakimiyyəti başçısını müavini Ramiz Şabanov Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olmuş akademik Zərifə xanım Əliyevanın zəngin həyat və fəaliyyətindən bəhs edib. R.Şabanov akademik Zərifə xanım Əliyevanın təkcə tibb sahəsində deyil, vətənpərvər, ziyalı, sülhsevər ictimai xadim, təvazökar xeyriyyəçi, həssas qəlbli ana, nəcib təbiətli insan kimi uzun illər Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayaraq, ölkəmizin bütün sahələrinin həmahəng inkişafında yaxından iştirak edərək, əsl vətəndaş kimi yaddaşlara əbədi həkk olunduğunu vurğulayıb: "Zərifə xanım Əliyeva, Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olmuşdur. Bütün həyatı boyu Ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə cəlb edir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir. Mənəviyyat və kamillik nümunəsi olan görkəmli alim Zərifə xanım Əliyevanın ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi qayğıkeş pedaqoq, şəfqətli həkim, səmimi və sədaqətli vətəndaş, eləcə də, məğrur Azərbaycan qadını kimi xalqımızın qəlbində daimi yaşayacaq".

Görüşdə Tərtər rayon icra hakimiyyəti başçısının siyasi və humanitar məsələlər üzrə müavini Elvin Umudov görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müxtəlif dövrləri, Onun bir həkim olaraq insanlara qarşı olan sonsuz qayğısının tükənməz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. E.Umudov akademik Zərifə xanım Əliyevanın hər kəsə örnək olan ana, alim və gözəl qadın olmaqla yanaşı, həm də Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olduğunu vurğulayıb.

Tədbirdə rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov, uşaq xəstəxanası poliklinika şöbəsinin müdiri Zəhra Əliyeva, Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova, rayon mərkəzi xəstəxanasında həkim- oftamoloq Lalə Rəhimli, rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Mətanət Hüseynzadə və başqaları Zərifə xanım Əliyevanın ailədə də cəfakeş, diqqətli bir ana, sədaqətli həyat yoldaşı olduğunu da vurğulayıblar. Çıxış edənlər onu da qeyd ediblər ki, sönməz Zərifə xanım ziyası, əbədi yaşayan Zərifə xanımın xatirəsi həmişə qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

R.HÜSEYNOVA

Digər xəbərlər