PDF Oxu

Siyasət

  • 11

"SABAH-ın könüllüsü"ndən "Bakı-2015" Avropa Oyunlarına dəstək tədbirləri

"SABAH-ın könüllüsü"ndən "Bakı-2015" Avropa Oyunlarına dəstək tədbirləri

"SABAH-ın könüllüsü" tərəfindən Bakı şəhərindəki 7 ali təhsil müəsisəsində "Bakı-2015" ilk Avropa Oyunlarına dəstək tədbirləri davam etdirilir.

"SABAH Könüllü Həftəsi" çərçivəsində keçirilən tədbirlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetinin "SABAH" qruplarında təhsil alan yüzlərlə tələbəsi iştirak edir.

"SABAH-ın könüllüsü"nün ideyaları əsasında təşkil olunan idman və intellektual yarışlar, müsabiqə, aksiya "flsh-mob"lar "Bakı-2015" 1-ci Avropa Oyunlarına dəstək xarakteri daşıyır.

Qeyd edək ki, SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.

NƏZAKƏT

Digər xəbərlər