PDF Oxu

Siyasət

  • 7

"Oftalmologiya sahəsində Zərifə Əliyevanın rolu"

"Oftalmologiya sahəsində Zərifə Əliyevanın rolu"

YAP Masallı rayon təşkilatı görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 92-ci ildönümünü qeyd edib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı qadınlar şurasının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum gününə həsr olunmuş "Oftalmologiya sahəsində Zərifə Əliyevanın rolu" mövzusunda tədbir keçirib. YAP Masallı rayon təşkilatının qərargahında keçirilən tədbirdə ilk öncə iştirakçılar Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto-slaydla tanış olub.Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı qadınlar şurasının sədri Gülşən Xəlilova açaraq Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi qaldığını qeyd edib: "Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, həm də körpələri, balacaları sonsuz məhəbbətlə sevir, onları Tanrının ən müqəddəs payı hesab edirdi. Məhz bütün bu keyfiyyətlərinə görədir ki, Zərifə xanım hər zaman hamı tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad olunur."YAP Masallı rayon təşkilatının sədr müavini, Boradigah xəstəxanasının baş həkimi Aygün Quliyeva Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr vermiş, böyük oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın elmi və ictimai-siyasi fəaliyyətindən bəhs edərək, insanların sağlamlıqlarının qorunması üçün yorulmaq bilmədən çalışdığını vurğulayıb. A.Quliyeva qeyd edib ki, Zərifə xanım xalqımızın yetişdirdiyi elə şəxsiyyətlərdən olub ki, o, təkcə elmi fəaliyyəti ilə deyil, bütün mənəvi keyfiyyətləri, nəcib xüsusiyyətlərinə görə də hər zaman sevilib: "Çünki yüksək əxlaqi və mənəvi dəyərlərə malik bir ailədə göz açmış Zərifə xanım işıqlı bir ömür yaşadığı kimi insanlara da nur bəxş edib, onlara diqqət və qayğısını heç zaman əsirgəməyib. O, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi şərəfli bir missiyanı yerinə yetirməklə yanaşı, hər zaman Onun sadiq məsləkdaşı olub, gözəl, qayğıkeş bir ana kimi cəmiyyətimiz üçün layiqli övladlar yetişdirib".Sonra partiya fəalları həkim-oftalmoloq Gülnarə Məmmədova, Nigar Kərimova və başqaları çıxış edərək intellektual keyfiyyətləri özündə birləşdirən görkəmli oftalmoloq-alim, bənzərsiz ziyalı, qayğıkeş insan Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti haqqında ətraflı söhbət açıblar.

ÜLVİ

Digər xəbərlər