PDF Oxu

Siyasət

  • 14

Zahid Oruc: “Azərbaycanlıların Rusiyada təşkilatı güclü olarsa,...”

Zahid Oruc: “Azərbaycanlıların Rusiyada təşkilatı güclü olarsa,...”

"Azərbaycanlıların Rusiyada təşkilatı güclü olarsa, istənilən siyasi qüvvənin yanında möhkəm yer ala bilərlər". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc deyib.Onun sözlərinə görə, həmin təşkilatların gücündən Azərbaycan dövləti faydalana bilər: "Rusiya məkanı kifayət qədər böyükdür. Orada uğur qazanan insanların Azərbaycan dövlətinin həyatına da təsiri var. Təəssüf ki, bu istiqamətdə "Milyarderlər İttifaqı" yaranıb dağıldıqdan sonra da azərbaycanlıların mədəni təşkilatları, siyasi birlikləri, lobbi mərkəzləri parçalanmaqda davam edir. Hesab edirəm ki, Rusiyada azərbaycanlıların güclü təşkilatının olması məsələsi müzakirə olunmalıdır".

sia.az

Digər xəbərlər