Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun Dünya Siyasəti İnstitutunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən "Heydər Əliyev və dünya siyasəti" mövzusunda elmi konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevi dünya siyasətinin nadir şəxsiyyətlərindən biri kimi xarakterizə edib, Azərbaycan dövlətinin xarici siyasətinin formalaşmasında Ulu Öndərin müstəsna xidmətləri olduğunu vurğulayıb.Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı "Heydər Əliyev və Azərbaycan Respublikasının dünya siyasətində yerinin müəyyənləşdirilməsi" mövzusunda məruzəsində dövlətimizin xarici siyasətinin və dünya siyasətində yerinin müəyyənləşdirilməsində Ümummilli Liderin rolunu təhlil edib.
AZƏRTAC