"1993-cü ildə özünü "Talış-Muğan Respublikası"nın lideri elan etmiş Ələkrəm Hümbətovun qondarma "erməni soyqırımı" ilə bağlı verdiyi bəyanat onun xəyanətkar olduğunu bir daha sübut edir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili İqbal Məmmədov bildirib.Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə bildirib ki, Ələkrəm Hümbətov Azərbaycana qarşı xəyanət edib və o, xaricdə ölkəmiz əleyhinə kampaniya aparır: "Xarici İşlər Nazirliyi və Azərbaycan diasporası məsələni diqqətdə saxlamalı və ciddi tədbirlər görməlidir. O, Avropanın ona verdiyi hüquqlardan istifadə edərək, Azərbaycanı parçalamağa yönəlik çıxışlar edir. Xəyanətkar Ələkrəm Hümbətov xarici təşkilatların əlində oyuncağa çevrilib. Hökmən bu addımlarına görə cəzalandırılmalıdır. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət olunmalıdır".Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Ələkrəm Hümbətov kimi separatçı, xəyanətkar birini fetişləşdirməyə ehtiyac yoxdur: "Ümumiyyətlə onun səviyyəsi yoxdur. O, Azərbaycana xəyanət etmiş adamdır".
sia.az