PDF Oxu

Siyasət

  • 12

Siyavuş Novruzov: “Mitinq ərazilərində istirahət hüququ pozulur”

Siyavuş Novruzov: “Mitinq ərazilərində istirahət hüququ pozulur”

Azərbaycanda mitinqlərin keçirilmə günü və müddətinin müəyyənləşdirilməsi təklif edilir. SİA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edib.S. Novruzov bildirib ki, bir tərəfə hər hansı hüquq veriləndə, digər tərəfin hüquqları pozulur: "Bir siyasi partiya, siyasi təşkilat 300-400 adamı toplamaqla mitinq keçirirsə, ona görə bütün hüquq mühafizə orqanları, ayrı-ayrı strukturlar, insanlar həmin günü işləmək məcburiyyətindədirlər. Bu mitinqlərin əksəriyyəti istirahət günlərinə düşür. Ona görə də həmin insanlar məcburdur ki, öz istirahət hüquqlarından imtina edib, onların toxunulmazlığını təmin etsin. Digər tərəfdən isə mitinqlərin keçirildiyi ərazilərdə yaşayan insanların da istirahət hüququ pozulur. Çünki, o ərazilərdə yaşayan sakin məcburdur ki, iki saat kiminsə nə danışmağına qulaq assın".S. Novruzov hesab edir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna bu məsələ ilə bağlı əlavə müddəa əlavə olunmalıdır.

sia.az

Digər xəbərlər