PDF Oxu

Siyasət

  • 8

Rusiya və Qərb münasibətləri müzakirəyə çıxarıldı

Rusiya və Qərb münasibətləri müzakirəyə çıxarıldı

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə əməkdaşlığı çərçivəsində Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilir. SİA-nın məlumatına görə, tədbirə 72 ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə dəvət olunub. Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri ilə yanaşı, bir neçə ölkənin hazırkı dövlət və hökumət başçılarının da iştirak edir. "Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər qloballaşmanın geniş vüsət aldığı bir dövrdə dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemləri geniş müzakirə ediblər, onların aradan qaldırılması istiqamətində qarşıda duran mühüm vəzifələrlə bağlı fikir mübadiləsi aparıblar.Panellər üzrə davam edən müzakirələrdə ilk çıxış edən Latviyanın eks-prezidenti Vaira Vike-Freiberga bildirib ki, indiki vəziyyətlə bağlı Rusiya prezidenti Vladimir Putinin hərəkətləri qabaqcadan planlaşdırıla bilmir: "Biz tam əmin deyilik ki, gündəlik və onun məqsədləri nədən ibarətdir. Latviya 1918-ci ildə öz müstəqilliyini qazanıb. Təbii ki, Sovet İttifaqı dağıldıqdan sonra Latviya dövləti öz müstəqilliyinə qovuşdu". Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov vurğulayıb ki, bizim taleyimiz Latviya kimi olmayıb: "Düşünürəm ki, Bolqarıstan Rusiyadan tam müstəqil olub. Bolqarıstan NATO-nun, Avropa Birliyinin üzvüdür. Dövlətimizin əməkdaşlıq əlaqələri çox yüksək səviyyədə davam edir".Beynəlxalq Yaşıl Xaçın prezidenti Alexander Likhotal diqqətə çatdırıb ki, həm Rusiyada, həm də digər yerlərdə faciəvi hadisələr baş verir: "Krımda olan vəziyyət dünya nizamını dəyişib. Biz siyasətdə yaşayırıq və ona görə də emosionalıq. Siyasət 20-25 il bundan qabaqkı tarixə qayıtmaq deməkdir. Biz dünyada həm yaxşı, həm də pis insanları görürük. Burada gizli məsələlər yoxdur. Biz soyuq müharibənin nəticələrini düzgün istifafə edə bilməmişdik. Qərb özünü soyuq müharibədə yeganə qalib elan edir". Çexiyanın sabiq prezidenti Vaclav Klaus deyib ki, Rusiya ilə Qərb arasında münasibətlər azalmamalıdır: "Qərb və Rusiya arasında münaqişələr iqtisadi sistemlərin toqquşması deyil. Rusiya Qərbin bir hissəsidir. Biz bunu qəbul etməliyik. Rusiya ənənəvi olaraq Avropa gücüdür. Avropa üzrə elmi icmanın təmsilçisi Timofey Bordachev qeyd edib ki, əgər biz Rusiyanın davranışından danışırıqsa, bu, proqnozlaşdırılandır və aydındır: "Rusiyanın yetərincə hərbi qüvvəsi var idi ki, Ukraynanı zəbt etsin amma o bunu etmədi. Rusiyanın siyasəti daha yaxşı başa düşülə bilər".Qeyd edək ki, Foruma hazırlıq məqsədilə 2014-cü ilin aprelin ayından etibarən Albaniya, Rumıniya, Bolqarıstan, Yunanıstan, Macarıstan, Yaponiya, Belçika, ABŞ, Andorra və digər ölkələrdə bir sıra yüksək səviyyəli görüşlər, toplantı və konfranslar keçirilib. Bu sırada Andorrada "Avropada etimadın bərpa olunması" mövzusunda təşkil edilmiş beynəlxalq konfrans xüsusi əhəmiyyət daşıyır. Həmin görüşdə regionda təhlükəsizlik məsələləri, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Ukraynadakı böhranın müzakirəsinə xüsusi diqqət ayrılmışdı. Bundan başqa, Foruma hazırlıq çərçivəsində Madrid Klubuna üzv olan keçmiş dövlət və hökumət başçılarının, nüfuzlu ictimai və dövlət xadimlərinin Azərbaycan Respublikasına səfərləri təşkil olunub. Xatırladaq ki, Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.

sia.az

Digər xəbərlər