Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) "Sosial Şəbəkələrdən düzgün istifadə qaydaları" adı altında təlimə start verib.SİA-nın xəbərinə görə, təlimin məqsədi paytaxt gənclərinin şəbəkələşməsi, gənclərin İT sahəsinə marağının artırılması, sosial şəbəkələrdən düzgün istifadə üçün alətlərin yaradılması və sosial şəbəkələrin düzgün istifadəsinin təbliğ olunmasıdır. Təlim çərçivəsində sosial şəbəkələrdən istifadə haqqında video-rolik hazırlanıb, sosial şəbəkələrin yaratdığı imkanlar, dünya təcrübəsində sosial şəbəkələrdən istifadə, sosial şəbəkələrin istifadə məqsədləri və s. mövzularında Azərbaycanın şəhər və rayonlarında təlimlər keçiriləcək. Daha sonra fəal gənclərin iştirakı ilə Facebook və Twitter-də bir sıra kampaniyalar həyata keçirilib.
sia.az