PDF Oxu

Siyasət

  • 13

Avropa Olimpiya Komitəsindən anti-Azərbaycan qüvvələrinə sərt sillə!

Avropa Olimpiya Komitəsindən anti-Azərbaycan qüvvələrinə sərt sillə!

Yaxud AOK insan hüquqları məsələsinin Azərbaycan hakimiyyəti qarşısında qaldırılması ilə bağlı "İnsan Haqları Koalisiyası" adlandırılan qurumun müraciətinə sərt şəkildə rədd cavabı verib

Bu gün hər kəsə bəllidir ki, Azərbaycan demokratik, hüquqi dövlət olaraq insan hüquq və azadlıqlarının təminatını ali prinsip kimi qəbul edir. Ölkəmizdə siyasi sistemin demokratikliyini təmin edən əsaslardan biri də insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasıdır. Bu istiqamətdə həm qanunvericilik bazası kifayət qədər təkmildir, həm də praktik baxımdan əhəmiyyətli işlər görülməkdədir. Digər tərəfdən, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin və müdafiə olunması demokratikləşmə prosesinin də operativ və effektiv səciyyə almasını şərtləndirib.

Bütün bunlara baxmayaraq, Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi qüvvələr "insan hüquqları" kimi dəyərləri siyasi manipulyasiya predmetinə çevirərək ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Bu istiqamətdə ayrı-ayrı ölkələrdə demokratik inkişaf səviyyəsini, insan hüquqlarının vəziyyətini araşdırdığı iddia edilən, lakin sözün əsl mənasında, missioner təsisat və ya təzyiq qrupu kimi çıxış edən təşkilatların xidmətlərindən istifadə edilir. Bu cür təşkilatlar vaxtaşırı olaraq hazırladıqları hesabat və bəyanatlarda, yaxud çağırışlarında müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe sərgiləyirlər.

Məhz ilk Avropa Oyunları ərəfəsində də qərəzli dairələr müxtəlif adlar altında qondarma təşkilatlar yaratmaqla və saxta müraciətlərlə Azərbaycana qarşı beynəlxalq təzyiq platforması formalaşdırmağa cəhd göstərirlər. Belə ki, bir müddət öncə həmin qüvvələr ABŞ Dövlət katibi Con Kerriyə məktub ünvanlamışdılar. Eyni zamanda, Avropa Olimpiya Komitəsinə də məktub göndərmişdilər. Lakin bu məktublar cavabsız qaldı, necə ki, Avropa Olimpiya Komitəsindən anti-Azərbaycan qüvvələrinə sərt sillə vurdu. Məlumat üçün bildirək ki, Avropa Olimpiya Komitəsi (AOK) insan hüquqları məsələsinin Azərbaycan hakimiyyəti qarşısında qaldırılması ilə bağlı İnsan Haqları Koalisiyası adlandırılan qurumun müraciətinə sərt şəkildə rədd cavabı verib.

AOK cavab bəyanatında bildirib ki, Azərbaycanda insan haqlarının vəziyyətinin "dözülməz" olması ilə bağlı irəli sürülən iddialar haqda hər hansı məlumata malik deyil və bu istiqamətdə rəsmi Bakıdan heç bir sorğu-sual etməyəcək. Təşkilat qeyd edib ki, onun suveren bir ölkədəki hüquqi və siyasi prosesləri mühakimə etmək səlahiyyəti yoxdur. AOK, həmçinin, müstəqil ölkənin siyasi sisteminə müdaxilə etmək səlahiyyətində olmadığını, lakin Azərbaycan hakimiyyətindən oyunlar zamanı Xartiyanın pozulmayacağı barədə zəmanət aldığını mürəciət müəlliflərinin diqqətinə çatdırıb. Komitə bildirib ki, bütün başqa idman təşkilatları kimi, o da hər hansı ölkənin mövcud siyasi sistemi şəraitində fəaliyyət göstərməlidir.

Təşkilat onu da qeyd edib ki, Azərbaycan hakimiyyəti oyunlar zamanı akkreditasiyası olan bütün media nümayəndələrinin azad fəaliyyətini təmin etmək zəmanəti verib. Bəyanatda kifayət qədər sərt leksikonda bundan daha uzağa gedən məsələlərin "şəxsi" səviyyədə və medianın müdaxiləsi olmadan aparılacağı" vurğulanıb. Göründüyü kimi, növbəti dəfə də anti-Azərbaycan qüvvələri apardıqları qara piar kampaniyasında məğlub oldular. "Eurovision-2012" Mahnı Müsabiqəsi zamanı olduğu kimi I Avropa Oyunları ərəfəsində də lazımi cavablarını aldılar.

"Səs" Analitik Qrupu

Digər xəbərlər