PDF Oxu

Siyasət

  • 6

YAP Göygöl rayon təşkilatının gəncləri ağacəkmə kampaniyasına start verdilər

YAP Göygöl rayon təşkilatının gəncləri ağacəkmə kampaniyasına start verdilər

Dünən YAP Göygöl rayon təşkilatının təşkilatçılığı və təşəbbüsü ilə Göygöl rayonunun Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında YAP Göygöl rayon təşkilatı gənclər birliyinin üzvləri iməcilik keçirmişlər. İməcilikdə ağac və müxtəlif dekorativ güllər əkilib. Rayon təşkilatı Göygöl rayonunda ekoloji mühitin yaşıllaşdırılması və yaşıllığın artırılması məqsədilə iməcliklərin davam etdirilməsini nəzərdə tutur. YAP Göygöl rayon təşkilatının gəncləri çağırış edərək bildiriblər ki, rayon gənclərini ölkənin ictimai-siyasi həyatında daha da aktiv olmağa və ölkəmizin inkişafı uğrunda birgə, səylə calışmalıdırlar.

Rövşən

Digər xəbərlər