Aprelin 29-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) "Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü" mövzusunda tələbə elmi cəmiyyətinin IX elmi konfransı keçirilib.Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub.AZƏRTAC xəbər verir ki, konfransı institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı açaraq, ümummilli lider Heydər Əliyevin Azərbaycan folklorunun qorunmasında və öyrənilməsindəki xidmətlərindən, gənc müəllim və tədqiqatçılara qayğısından, elmimizin inkişafında gənclərin üzərinə düşən vəzifələrdən danışıb, konfransın işinə uğurlar arzulayıb.Konfrans barədə məlumat verən rektor bildirib ki, 7 bölmədə işini davam etdirəcək tədbirdə AMİ-nin və bu ali məktəbin Sumqayıt, Quba, Şəki, Zaqatala, Mingəçevir, Qazax, Şamaxı, Salyan, Ağcabədi, Cəlilabad filiallarından, ümumilikdə 140-dək tələbə və magistrantın məruzəsi dinləniləcək.İnstitutun elmi işlər üzrə prorektoru, professor Ramil Əliyevin "Elmi biliklərin formalaşmasında folklorun rolu" mövzusunda məruzəsi dinlənilib.Sonra konfrans işini bölmələrdə davam etdirib.
AZƏRTAC