"Bizim ölkəmiz Baltik dənizinin sahilində yerləşir. Bütün normal dövlətlər belə tərəqqini dəstəkləməlidirlər. Avropalılar dəyişməməlidirlər". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Litvanın sabiq prezidenti Vytautas Landsbergis Rusiya-Ukrayna məsələsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Şərq Tərəfdaşları da bu yolda öz addımlarını atmalıdırlar: "Axı nəyə görə Rusiya belə tərəfdaşlığın qarşısına çıxıb? Bu gün Avropanın əsas problemi Rusiyadır. Rusiya dövləti Sovet İttifaqı yaradılması düşüncələrinə malikdir. Beləcə, əvvəlki Sovet İttifaqının yaradılması duyulmaqdadır. Təcrübə onu göstərir ki, Rusiya bu gün etimadı qaytarmır əksinə, onu itirir. Belə olan təqdirdə bu dövlətə inanıb-inanmamaq sual doğurur. Düşünürəm ki, "güc məndədisə, siz tabe olmalısız" termini ortaya çıxıb. Bu, Rusiya prezidenti Vladimir Putinin əsas meyarıdır. Putinin müharibələri 200 il bundan qabaq Napaleonun apardığı müharibəyə bənzəyir".
sia.az