"Bakı Qlobal Forumu artıq çox ciddi bir struktura çevrilir". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.PA rəsmisinin sözlərinə görə, bu gün biz həm də özümüzdən soruşmalıyıq ki, niyə bu müharibə ab-havası hökm sürür: "Biz uzun müddət müstəqillik arzusu ilə yaşayırdıq və nəticədə öz müstəqilliyimizə nail olduq. Dünyanın əksər ölkələrində də belə bir fikir var idi. Amma heç də həmişə belə olmur. Təəssüflər olsun ki, Azərbaycanın 20 faiz torpaqları işğal olunub. Bu gün ATƏT-in Minsk qrupu bu münaqişəni həll edə bilmir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasa idi, digər bölgələrdə də problemlər baş verməyəcəkdi. Azərbaycan bu gün nümunəvi stabillik, təhlükəsizlik nümayiş etdirir. Bu gün Azərbaycanda insan hüquqlarından söhbət gedir. Bəs niyə bir milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquqları nəzərə alınmır. Bu gün ədalət yoxdur. Ədalətin olmaması nə Qərb, nə Avropa, nə də bizim üçün yaxşıdır. Əgər Avropa Birliyi Azərbaycana qarşı ədalətli mövqe sərgiləyirsə, o zaman niyə Dağlıq Qarabağ problemi həll olunmur? Bütün Azərbaycan xalqını bu suala cavab düşündürür. Birinci, ikinci dünya müharibəsindən danışanda müxtəlif pozisiyalar, mövqelər olur. Gəlin elə dünya quraq ki, bizim bir-birimizə olan inamımız itməsin"
sia.az