"Azərbaycanda sürətli inkişaf davam etdikcə, onun beynəlxalq nüfuzu artdıqca ABŞ-da və Avropada müəyyən qüvvələr Azərbaycanın müstəqil, düşünülmüş daxili və xarici siyasətinə qarşı müxtəlif istiqamətlərdə məkirli kampaniyalar aparmağa başlayıblar". Bu sözləriSİA-ya millət vəkili Rauf Əliyev açıqlamasında deyib. Millət vəkilinin sözlərinə görə, I Avropa Oyunlarının başlanmasına az bir vaxt qaldıqca bu təzyiqlər və iftiralar daha da güclənir: " ABŞ-ın Dövlət Katibi Con Kerrinin ermənipərəst mövqeyi çoxdan bəllidir. ABŞ Konqresində Azərbaycana qarşı qəbul edilmiş məşhur 907 saylı qətnamənin müəllifi kimi o həmşə Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə tanınmışdır. Maraqlı burasıdır ki, daima insan hüquq və azadlıqlarının mudafiəsindən danışan Con Kerrinin öz ölkəsində amerikalı qaradərəli vətəndaşlarının hüquqları elə dövlətin əsayiş keşişçiləri-polisləri tərəfindən mütəmadi olaraq kobud sürətdə pozulur. Boltimorda baş verən son ölüm hadisəsindən sonra bas vermiş kütləvi ixtişaşlar səngimək bilmir. Artıq şəhərdə komendant saatı təyin edilmişdir. Bütün bunları görməzdən gələrək digər ölkələrə demokratiya dərsi verən Amerikanın üzdəniraq idioloqlarının siyasəti iflasa üğrayır".R. Əliyev əlavə edib ki, Azərbaycana qarşı yönəlmiş bu riyakar, çirkin kampaniyalara baxmayaraq Azərbaycan öz seçdiyi müstəqillik yolundan dönməyəcək, ölkəmiz daha da güclənəcək, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşərək qarşıya qoyulan bütün vəzifələri müvəffəqiyyətlə yerinə yetirəcək.
sia.az