PDF Oxu

Siyasət

  • 6

Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu davam edir

Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu davam edir

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə əməkdaşlığı çərçivəsində Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu ikinci gündür ki, öz işini davam etdirir.SİA-nın məlumatına görə, tədbirə 72 ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə dəvət olunub. Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri ilə yanaşı, bir neçə ölkənin hazırkı dövlət və hökumət başçılarının da iştirak edir.Bugünkü müzakirələrdə ilk olaraq çıxış edən Ukraynanın sabiq prezidenti Viktor Yuşenko bildirib ki, siyasi gündəliyimizdə müəyyən dəyişiklər dayanır: "Biz siyasi islahatlar paketi hazırlamalıyıq. Rusiya təcavüzünə qarşı necə mübarizə aparmaq olar? Digər paketlər də buna daxildir. Bu, yalnız Ukraynanın işi deyil. Ukraynaya beynəlxalq cəmiyyət tərəfindən dəstək lazımdır. Belə dəstək olsa, bu həm siyasi, həm də beynəlxalq səviyyədə öz töhfəsini vermiş olar. Bu müharibə milləti birləşdirdi. Biz axır başa düşdük ki, bir millət kimi olsaq qalib gələcəyik. Əgər bizi millət kimi kəssələr, uduzacayıq".Ukraynanın sabiq prezidenti Leonid Kuchma isə diqqətə çatdırıb ki, ciddi investisiya qoyuluşu olmasa, hansısa uğura nail olmaqda çətinlik olacaq: "Biz tam müasirləşdirməni nəzərə alsaq bu, trilyonlarla dollar deməkdir. Hesab edirəm ki, bizim dövrdə bu son islahatlar olacaq. Mən Ukraynada sabiq Konstitusiya Assambleyasının üzvü kimi dəyişikliklərə nail olmağın tərəfdarıyam".Litvanın sabiq prezidenti Vytautas Landsbergis diqqətə çatdırıb ki, ölkəsi Baltik dənizinin sahilində yerləşir: "Bütün normal dövlətlər belə tərəqqini dəstəkləməlidirlər. Avropalılar dəyişməməlidirlər. Şərq Tərəfdaşları da bu yolda öz addımlarını atmalıdırlar. Axı nəyə görə Rusiya belə tərəfdaşlığın qarşısına çıxıb? Bu gün Avropanın əsas problemi Rusiyadır. Rusiya dövləti Sovet İttifaqı yaradılması düşüncələrinə malikdir. Beləcə, əvvəlki Sovet İttifaqının yaradılması duyulmaqdadır. Təcrübə onu göstərir ki, Rusiya bu gün etimadı qaytarmır əksinə, onu itirir. Belə olan təqdirdə bu dövlətə inanıb-inanmamaq sual doğurur. Düşünürəm ki, "güc məndədisə, siz tabe olmalısız" termini ortaya çıxıb. Bu, Rusiya prezidenti Vladimir Putinin əsas meyarıdır. Putinin müharibələri 200 il bundan qabaq Napaleonun apardığı müharibəyə bənzəyir".Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiya-Ukrayna münasibətləri haqqında danışarkən deyib ki, burada ikiüzlülük siyasəti mövcuddur: "Böyük dövlətlər həmişə çalışırlar ki, kiçik dövlətləri sıradan çıxarsınlar. Bu gün peşəkar zabitlər Ukrayna ordusunda xidmət edirlər. Heç kim düşünə bilməz ki, onlar orada təzyiq altında xidmət edirlər. Yox bu, əsla belə deyil. Həmin hərbiçilər könüllü olaraq Ukraynadadırlar. Ukraynada olan oliqarxlar yeni bir dövlətin yaradılmasına imkan verməyəcək. Bu ölkələrdə insanlar bəzən qərar qəbul etməkdə çox ləng davranırlar. Biz köhnə praktikadan uzaqlaşmalıyıq. Ukraynanın bəzi yerlərində müxtəlif çağırışlar mövcuddur. Burada mərkəzləşdirmədən uzaqlaşmaq önəmlidir. Avropanın özünəməxsus gücü var. Biz bunu öz təcrübəmizdən bilirik. Brüsseldə bu, çox cəlbedici görünürdü. Azərbaycana gəldikdə isə deyə bilərəm ki, bu dövlət öz yolunu seçib. Avropa ölkələlərinin bəzilərindən daha liberaldır. Avropa cəmiyyəti də bunu bilməli və anlamalıdır"."Bakı Qlobal Forumu artıq çox ciddi bir struktura çevrilir". Bunu isə Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxışı zamanı deyib: "Bu gün biz həm də özümüzdən soruşmalıyıq ki, niyə bu müharibə ab-havası hökm sürür. Biz uzun müddət müstəqillik arzusu ilə yaşayırdıq və nəticədə öz müstəqilliyimizə nail olduq. Dünyanın əksər ölkələrində də belə bir fikir var idi. Amma heç də həmişə belə olmur. Təəssüflər olsun ki, Azərbaycanın 20 faiz torpaqları işğal olunub. Bu gün ATƏT-in Minsk qrupu bu münaqişəni həll edə bilmir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasa idi, digər bölgələrdə də problemlər baş verməyəcəkdi. Azərbaycan bu gün nümunəvi stabillik, təhlükəsizlik nümayiş etdirir. Bu gün Azərbaycanda insan hüquqlarından söhbət gedir. Bəs niyə bir milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquqları nəzərə alınmır. Bu gün ədalət yoxdur. Ədalətin olmaması nə Qərb, nə Avropa, nə də bizim üçün yaxşıdır. Əgər Avropa Birliyi Azərbaycana qarşı ədalətli mövqe sərgiləyirsə, o zaman niyə Dağlıq Qarabağ problemi həll olunmur? Bütün Azərbaycan xalqını bu suala cavab düşündürür. Birinci, ikinci dünya müharibəsindən danışanda müxtəlif pozisiyalar, mövqelər olur. Gəlin elə dünya quraq ki, bizim bir-birimizə olan inamımız itməsin".Qeyd edək ki, Foruma bu gün yekun vurulacaq.

sia.az

Digər xəbərlər