PDF Oxu

Siyasət

  • 11

Müstəqil Azərbaycanın qurucusu - Heydər Əliyev irsi öyrənilir

Müstəqil Azərbaycanın qurucusu - Heydər Əliyev irsi öyrənilir

YAP Yevlax rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirib

Dünən YAP Yevlax rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı "Müstəqil Azərbaycanın qurucusu - Heydər Əliyev irsi öyrənilir" mözusunda məktəblilər arasında müsabiqə keçirib. Yevlax rayonu Kövər kənd orta məktəbində və Xaldan kompleks orta məktəbində keçirilən müsabiqənin məqsədi məktəblilərin müstəqil Azərbaycan dövlətinin formalaşması, iqtisadiyyatın dinamik, sürətli inkişafı, cəmiyyətin bütün sahələrində aparılan islahatların uğurla nəticələnməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərini dərk etməkdir. Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev çıxış edərək bildirib ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin vətəndaşlıq borcudu. Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər. Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.

Tədbirdə YAP Yevlax rayon təşkilatı gənclər birliyinin sədri Ariz Mikayılov, YAP Yevlax rayon təşkilatının təlimatçısı Rafiq Əliyev Ulu Öndərin həyat və fəaliyyətindən geniş məlumat veriblər. Tədbirdə bildirilib ki, həyata keçirilən layihədə digər məqsəd istedadlı şagirdləri üzə çıxarmaqdır. Aparılan müsabiqə zamanı fəqlənən şagirdlər YAP Yevlax rayon təşkilatı tərəfindən mükafatlandırılıb. Tədbirdə şagirdlərə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən bukletlər paylanılıb.

Sonda məktəb direktorları - əməkdar müəllim Şahin Kərimov, Sevda Kərimova YAP Yevlax rayon təşkilatının həyata keçirdiyi bu layihənin gənclərin həyatında müsbət təsiri olacağını vurğulayıblar.

Ü.ƏSGƏROV

Digər xəbərlər