PDF Oxu

Siyasət

  • 12

QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYACAQ LİDER

QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYACAQ LİDER

Şəmkir rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan tədbir keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı rayon icra hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bu gün, xalqımızın, Ulu Öndər Heydər Əliyevin 92-ci ildönümünü böyük təntənə ilə qeyd etdiyini bildirib. Dünya şöhrətli bu dahi şəxsiyyətin, Azərbaycan xalqı qarşısında, əvəsiz tarixi xidmətlərindən günlərlə-aylarla danışmaq olar. Mən, bu Fövqəlbəşər insan haqqında bəzi məqamlara toxunmaq istəyirəm. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbər təyin olunanda, Azərbaycan keçmiş sovetlər birliyində, ən geridə qalan, aqrar bir ölkə idi. Qısa bir vaxt ərzində Ulu Öndər Heydər Əliyev Azərbaycanda kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın, sənayenin inkişafına nail oldu.

F.Vəliyev onu da qeyd etdi ki, 1993-cü ildə, xalqın təkidli tələbi ilə,Ulu Öndərimiz ikinci dəfə Azərbaycana rəhbərliyə gələndə, ölkəmiz vətəndaş müharibəsi həddində idi: "Bütün bölgələrdə ayrı-ayrı adamlara xidmət göstərən silahlı birləşmələr var idi. Qanunlar işləmirdi, özbaşınalıq, anarxiya, vəzifə uğrunda gedən çəkişmələr, o vaxtkı rəhbərlərin yalnız özlərini düşünmələri bütün xalqı bezdirmişdi. Bax, belə bir şəraitdə Heydər Əliyev çox təkiddən sonra, bir Lider kimi Azərbaycana rəhbərlik etməyə razılıq verdi və dərhal da, əməli işə keçdi. Qısa bir müddətdə silahlı dəstələr zərərsizləşdirildi, qanunlar bərpa olundu, əmin-amanlıq və sabitlik yarandı. Ulu Öndərimiz o çətin dövrdə, öz şəxsi nüfuzundan istifadə edərək, dünyanın aparıcı dövlətlərini Azərbaycana dəvət etdi. 2 il ərzində neft, qaz və digər iqtisadi sahələrdə 21 beynəlxalq layihə imzalandı. Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzuna görə, xarici dövlətlər Azərbaycana küllü miqdarda sərmayə qoymağa başladılar. Bu dahi insan, mövcud vəziyyəti dərindən təhlil edərək, çox düzgün nəticələr çıxarmağı bacarırdı. Ulu Öndər Heydər Əliyevin intellektinə, natiqlik məharətinə, həmsöhbətini valeh etmək bacarığına neçə-neçə dövlət rəhbərləri heyran qalıblar və onlar öz heyranlıqlarını etiraf ediblər".

Şəmkir rayon Ağsaqqalar Şurasının üzvü İsmayıl Süleymanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Şəmkirə səfərindən geniş danışdı: "Ulu Öndər Heydər Əliyev, xalqımızın və dövlətimizin taleyüklü həlledici və çətin anlarında bütün məsuliyyəti həmişə öz üzərinə götürüb. Ən çətin anlarda qəti, optimal qərar qəbul etməyi və bütün çətinliklərdən qələbə ilə çıxmağı bacarıb. Türk dünyasının böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyəti, daxili aləminin zənginliyi, Onun sadəliyi, səmimiyyəti, demokratik prinsiplərə sadiqliyi, insanı dinləmək bacarığı, vətən sevgisi və ailəsinə olan məhəbbəti bizim hər birimizə örnək və nümunədir. Bu gün Azərbaycan dünya siyasətində strateji əhəmiyyəti olan bir ölkədir və bu nüfuz getdikcə artır. Dahi Öndər indi Heydər Əliyev siyasəti, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində, çox böyük uğurla, həm də daha səmərəli davam etdirilir".

Çıxış edən Şəmkir rayonu Düyərli kənd İƏD üzrə nümayəndə, YAP Şəmkir rayon qadınlar şurası iadrə heyətinin üzvü Aybəniz Nəsibova Ulu Öndərin Şəmkirə səfərindən geniş bəhs etdi: "Biz düşünürük ki, Ümumilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları və bütövlükdə xalqımız unutmayıb və hər il keçirilən Azərbaycan xalqının böyük hörmətini və məhəbbətini ifadə edən bu tədbirlər Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz, böyük, möhtəşəm xidmətlərinə verdiyi qiymətdir. Azərbaycan vətəndaşları onu da aydın şəkildə dərk edirlər və qiymətləndirirlər ki, Ümumilli Liderimizin layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi bu gün Azərbaycanda Heydər Əliyev siyasəti davam etməkdədir".

Tədbirdə çıxış edənlər Şəmkir rayon Təhsil şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatının sədr müavini Məcid Şıxlıniski, YAP Şəmkir rayon qadınlar şurasının sədri Nüşabə Seyidova, Şəmkir rayon Ağsaqallar Şurasının üzvü Qafar Vəliyev, Şəmkir rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, YAP Şəmkir rayon gənclər birliyinin sədr müavini Vusal Rzayev və digər natiqlər xalqımızın ümummilli Liderinin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Azərbaycan xalqına göstərdiyi xidimətlərindən danışdılar.

Rəfiqə Kamalqızı

Digər xəbərlər