Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Bakı 2015 Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası "Qərbin ikili standartları: demokratiya və insan hüquqları" mövzusunda dəyirmi masa keçirilir. SİA-nın məlumatlna görə, tədbirdə millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və KİV-lər iştirak edir.Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, Qərbin ikilistandartları bu il Azərbaycanda keçirləcək birinci Avropa Oyunları ərəfəsində daha mütəmadi hal alıb: "Biz birləşib ölkəmizə qarşı olan çirkin kampaniyanın qarşısını alacayıq".Millət vəkili Zahid Oruc diqqətə çatdırıb ki, artıq amerikapərəstlik bir təhlükəyə çevrilib: "Axı buna səbəb nədir? Düşünürəm ki, prioritetləri dəyişən Amerika və onun hakimiyyətidir. Onların anti-Rusiya blokunda yerləşin, Ermənistana yönəlik çağırışları buna nümunə ola bilər. Əslində ABŞ Azərbaycanda öz tərəfdarlarını itirməkdədir. Bu gün demokratiya məsələsi üzərində Amerikanın yürütdüyü siyasət dünyanı qorxutmaqdadır".Tədbir hazırda davam edir.
sia.az