"Birinci Avropa Oyunlarına indiyədək ən mütəşəkkil şəkildə hazırlıq işləri aparılıb. Azərbaycan hər hansı bir ölkənin bacara bilmədiyi işi qısa bir müddət ərzində bacarıb". Bunu SİA-ya AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının arxasında erməni diasporası, lobbisi və ermənilərin maliyyəsi ilə təşkilatlanan qurumlar və Azərbaycanı istəməyən bəzi dövlətlərdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dayanır: "Biz bir millət olaraq onların bütün iç üzünü açmalıyıq. Eləcə də bir millət olaraq yekdil şəkildə birləşməliyik. Biz birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirməliyik. İnanıram ki, bu belədə olacaq. Çünki bu Oyunlar ölkəmizin, millətimizin və dövlətimizin ən yaxşı şəkildə təbliği olacaq".
sia.az