PDF Oxu

Siyasət

  • 13

Heç vaxt həmrəy olmayanlar

Heç vaxt həmrəy olmayanlar

TƏRS BAXIŞ (RUBRİKA)

Azərbaycanımızın Avropa məkanında ilk dəfə olaraq, böyük idman hadisəsini - I Avropa Oyunlarını keçirmək üçün ev sahibi adını qazanması doğrudan da gözlənilməz sevinc bəxş etdi millətimizə. Əslində, bir azərbaycanlı olaraq, bundan böyük qürur hissi keçirməmək sadəcə azərbaycanlı olmamaq demək olardı. Deyə bilərik ki, Azərbaycanın I Avropa Oynlara ev sahibliyi adını qazanması Azərbaycanı sevməyən ermənini, fransızı, ingilisi, almanı, amerikalını, danimarkalını, norveçlini, isveçlini, isveçrəlini, rusu və sairələrini sevindirməyə bilərdi. Ancaq biz, ermənilər istisna olmaqla, fransızları, ingilisləri, almanları, amerikalıları, danimarkalıları, norveçliləri, isveçliləri, isveçrəliləri, rusları və sairələri bütövlükdə qınayaraq, Azərbaycana neqativ münasibət bəsələmələri barədə ittiham edə bilmərik. Çünki bir qrup kimlərəsə görə, bütöv bir xalqı, milləti, dövləti ittiham etmək sadəcə böyük ədalətsizlik olardı. Bu baxımdan, ölkəmizdə Avropa Oyunlarına qısa bir müddət qaldığı bir zamanda Avropanın bir çox ölkələrinin idmançılarının buraya təşrif buyurmaları və müxtəlif idman növləri üzrə yarışlara qatılmaları, ilk növbədə, Azərbaycana göstərilən müsbət qiymət kimi dəyərləndirilməlidir. Əgər belə olmasaydı, hər halda bu oyunlar boykot oluna və keçirilməyə bilərdi və belə olan vəziyyətdə, deyə bilərdik ki, bəli, Avropa ölkələrinin idmançıları həmrəy olaraq, I Avropa Oyunlarını boykot etdilər.

Fəqət, bu, baş vermədi. Ona görə baş vermədi ki, artıq yüzlərlə avropalı idmançı bu möhtəşəm oyunlarda iştirak etmək üçün lisenziya qazanıb. Hər bir idmançının arzusudur ki, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, istənilən idman turnirində iştitak edərək, medallarının, digər təltiflərinin sayını artırsın.

Deyirlər ki, idman siyasət deyil. Hətta Olimpiya xarakterli oyunların sülh carçısı olması barədə də fikirlər səsləndirilir. Ancaq təəssüf ki, xalqlar dəfələrlə bu kimi böyük idman hadisələrində siyasət müdaxiləsinin şahidlərinə çevriliblər və burada da təəssüfedci həmrəyliklər ortaya çıxıb. Moskva Olimpiadasının Qərb-Şərq, ya da kapitalizm-sosializm siyasi qarşıdurmasının qurbanına çevrilməsi, Münhen Olimpiyadasının terror hadisəsi nəticəsində qana boyanması kimi hadisələr siyasətin idmana bulaşmasının, yaxud da qəsdən bulaşdırılmasının göstəricisidir.

Məhz ölkəmizdə baş tutacaq Avropa Oyunları ərəfəsində bir sıra toplumun, siyasi dairələrin ürəkbulandırıcılıq yolu ilə beynəlxalq ictimai rəydə çaşqınlıq yaratmaq cəhdləri qeyd edilən fikirlərin davamı qismində səciyyələndirilə bilər.

Lakin maraqlısı budur ki, hər bir azərbaycanlı, yəni Vətənini, dövlətini sevən real azərbaycanlı üçün qürurverici olan bu olaya qarşı şəxsiyyət vəsiqəsində, yaxud da doğum şəhadətnaməsində adı "azərbaycanlı" yazılan, ancaq azərbaycançılığa heç bir aidiyyatı olmayan tərəflərin həmrəylik göstərmələri yerinə, Qərb siyasi toplumunun qucağına atılmaları doğrudan da təəssüfedici bir haldır.

Adicə bir misal gətirək. Gürcüstan müxalifəti bu ölkənin Rusiya ilə silahlı qarıdurmasında hər şeyi bir kənara qoyaraq, iqtidarla dövlətçilk naminə birləşdi və eyni nöqtəyə vudru.

Ancaq Azərbaycana qarşı çıxış edən erməni lobbisinin və lobbi dəstəkçilərinin yanında yer alan, adlarını müxalifətçi qoyan "azərbaycanlılar" heç olmasa, gürcülər qədər də olmağı bacarmadılar. Bilirsinizmi niyə? Çünki bunlarda həmrəylik deyilən faktor heç vaxt olmayıb. Nəinki ümumi dövlətçilik maraqlarında, eyni zamanda öz daxillərində. Düzdür, bu gün Azərbaycanda mövcud olan normal müxalifət partiyaları var ki, onlar ölkəmizdə keçiriləcək möhtəşəm oyunlara dəstəklərini nümayiş etdirirlər. Ancaq "biz radikalıq" və buna görə də "Azərbaycan hakimiyyətinə qarşı yalnız erməni baxışından çıxış edəcəyik" kimi "dərrakə" ortaya qoyanlar bir daha sübut edirlər ki, onları maraqlandıran yalnız "radikal müxaifətçilik" adı altında çoxlu, lap çoxlu, hətta lap çoxludan da çoxlu pul qazanmaqdır.

Amma öz aramızdır, nə yaxşı ki, belələri həmrəy olmağı bacarmırlar. Belələrinin həmrəy olmalarından isə olmamaları daha məqsədəuyğundur. Axı erməni baxışı, erməni siyasəti, erməni xisləti ilə necə həmrəy olmaq olar?

Rövşən RƏSULOV

Digər xəbərlər