YAP Sumqayıt şəhər təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı yığıncaq keçirib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı 22 saylı tam orta məktəbin akt zalında təhsil işçiləri ərazi ilk partiya təşkilatının sədrləri, müəssisə rəhbərləri ilə yığıncaq keçirib. Yığıncaq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub.
Yığıncağı giriş sözü ilə Sumqayıt şəhər təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlər barədə danışıb. Qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün sahələrlə yanaşı, ölkə təhsilinin inkişaf və tərəqqisi istiqamətində də nəhəng işlər görüb.
Təhsil şöbəsinin ərazi ilk partiya təşkilatı sədri Gülbahar Haqverdiyeva isə öz növbəsində çıxış edərək bildirib ki, Azərbaycan təhsilinin uğurlu inkişafının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: "Bu gün bu uğurlu siyasət ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Digər çıxışçılar - 2 saylı internat məktəbinin direktoru Kərimova Ayət, 23 saylı tam orta məktəbin direktoru Qasımov Fikrət, 39 saylı tam orta məktəbin direktoru Ələmşahov Bəxşeyiş, 15 saylı tam orta məktəbin direktoru Məmmədov Xanəli, Sumqayıt şəhər təhsil şöbəsinin metodisti Paşayev Əlhəddin və YAP Sumqayıt şəhər təşkilatının təşkilat şöbəsinin müdiri, şura üzvü Ənsərov Vəzirxan Ulu Öndərin təhsil sahəsində apardığı məqsədyönlü və tarixi xidmətlərindən bu sahəyə verdiyi əvəzsiz töhfələrindən danışmışlar.
R.RÖVŞƏN