PDF Oxu

Siyasət

  • 10

Ulu Öndər HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN MÜASİR İNKİŞAF YOLU

Ulu Öndər HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN MÜASİR İNKİŞAF YOLU

"Azərbaycan xalqının Ümumilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövr ərzində zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır".

Prezident İlham Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı həyat fəlsəfəsinin əsas qayəsi xalqın, Vətənin taleyini düşünmək, onu inkişaf etdirmək olub. Azərbaycanın, doğma xalqının xoşbəxtliyi üçün varlığını əsirgəməyən Ülu Öndər Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib, ölkəsini bəlalardan qurtarmağı bacarıb.

Ülu Öndərin ideyaları Azərbaycanın dünəni, bugünü və gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır. Azərbaycanın son illərdə əldə etdiyi uğurların, iqtisadi qüdrətinin elmi-fəlsəfi mahiyyəti müəyyən olunmuş güclü və uzaqgörən iqtisadi strategiyanın məntiqi nəticəsi kimi səciyyələndirilə bilər. Ulu Öndər Heydər Əliyevin siyasi obrazı quruculuğun, iqtisadi dirçəlişin, sabitliyin təminatçısı kimi xarakterizə olunur. Onun Azərbaycana rəhbərlik etdiyi dövr zəngin bir siyasi xəzinəyə çevrilmişdir. Onun çevik iş manerası və gərgin əməyi fəlsəfi məfkurəsinin parlaq və təkrarolunmaz təzahürüdür.

1969-1982-ci illərdə respublikada güclü iqtisadi təməlin qoyulması sayəsində bugünkü müstəqil Azərbaycan qısa müddət ərzində yüksək iqtisadi göstəricilərə nail ola bildi. Bu fakt Ulu Öndərimizin görkəmli siyasi xadim olmaqla bərabər, həm xalq təsərrüfatına, həm də, ölkənin kadr potensialına dərindən bələd olduğunu bir daha təsdiqləyir. Həmin illərdə Heydər Əliyevin yürütdüyü məqsədyönlü siyasi xəttə əsaslanaraq respublika həyatının bütün sahələrinin, elmin, mədəniyyətin inkişaf etməsinə müvəffəq olmaq təmin edildi.

Həmin illərdə həyata keçirilən islahatlar Azərbaycanı aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevirdi. Genişmiqyaslı quruculuq işləri nəticəsində qısa müddət ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikildi, yollar salındı. Azərbaycan gənclərinin elmin və təhsilin dərinliklərinə yiyələnməsi və ölkənin sabahı üçün peşəkar kadr bazasının formalaşması üçün Heydər Əliyevin gərgin səyi nəticəsində on minlərlə azərbaycanlılın keçmiş ittifaqın ən nüfuzlu ali məktəllərində təhsil almaları üçün şərait yaradıldı. Respublikadan kənarda oxumağa gÖndərilən gənclərin sayı 50-dən 2000 nəfərə çatdırıldı. Onun 14 illik fəaliyyəti ərzində respublikada həyatın elə bir sahəsi qalmadı ki, orada inkişaf və tərəqqi müşahidə olunmasın. Ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələi inkişaf edərək Azərbaycanı keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına gətirib çıxardı.

Bazar iqtisadiyyatına keçid, maliyyə sabitliyi, iqtisadi islahatlar...

Ölkənin milli təhlüksizliyin təmin olunmasında maliyyə sabitliyi amili, çevik tənzimlənən təmkinli valyuta-pul siyasəti xüsusi rol oynayır. Azərbaycanda maliyyə sabitliyinin təmin edilməsi, makroiqtisadi tarazlığın qorunması və pul-valyuta siyasətinin tənzimlənməsi məhz 1993-cü ildən sonrakı dövrə təsadüf edir və bu mükəmməl iqtisadi strategiyanın əsas baza prinsipləri Ulu Öndər Heydər Əliyevin dərin iqtisadi doktrinasına əsaslanır. Onun iqtisadi təfəkkürrünün, güclü liberal bazar iqtisadiyyatı prinsiplərinə bələd olmasının nəticəsində respublikamızda maliyyə sabitliyinin formalaşması və möhkəmlənməsi üçün fundamental-konseptual struktur, çevik liberal iqtisadi sistem yarandı. Həmin illərdə xarici investorların ölkəyə axınını sürətləndirmək, onlara iş fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, sahibkarlığı inkişaf etdirmək üçün bir sıra qanunlar qəbul edildi, milli iqtisadiyyatın dünya iqtisadi sisteminə uyğunlaşdırılmasını təmin edən qanunvericilik bazası yaradıldı. Həmin dövrdə qəbul olunan "Sahibkarlıq haqqında" Qanun da sahibkarlıq fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, iqtisadiyyatın bazar iqtisadiyyatı yolu ilə inkişafı üçün əlverişli hüquqi zəmin demək idi.

Maliyyə sabitliyinin ən böyük uğurlarından biri inflyasiyanın tamamilə nəzarətə götürülməsi ilə bağlı oldu. Bu islahatların davamı olaraq inflyasiya 1997-1998-ci illərdə birrəqəmli oldu və bu, özünü sosial sahədə göstərdi. Əhalinin pul gəlirlərinin artması nəticəsində vətəndaşlar vəsaitlərinin bir hissəsini banklara əmanət kimi yerləşdirməyə başladılar. Beləliklə, 1995-ci ildən sabitləşməyə başlayan iqtisadiyyat inkişaf üçün baza rolunu oynadı və növbəti illərdə bu tendensiya özünü daha qabarıq şəkildə göstərməyə başladı. Bu, Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin təməlini qoymaqla bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq etmiş oldu.

Güclü maliyyə sabitliyi, inflyasiyanın nəzarətdə saxlanılması, valyuta bazarında inkişaf meyilləri və digər pozitiv faktorlar, ümumilikdə ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) illik artım tempini yüksəltdi. 1998-1999-cu illərdə milli məhsulun artım dinamikasına görə, Azərbaycan keçmiş postsovet ölkələrinin əksəriyyətini üstələyirdi. Azərbaycan MDB ölkələri içərisində ümumi daxili məhsulun artımına görə birinci, sənaye məhsulunun artım dinamikasına görə isə dördüncü yerdə dayanırdı. Ümumilikdə, 1995-2000-ci illərdə ölkədə ÜDM-in həcmi 2,3 dəfə artdı.

Uğurlu büdcə siyasəti, dövlətin gəlirlərinin artımı...

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi mükəmməl büdcə-fiskal siyasəti 1995-ci ildən başlayaraq respublikamızda maliyyə sabitliyinin saxlanılmasını, inflyasiyanın aşağı salınmasını təmin etməklə, genişlənməkdə olan islahatların sürətlənməsinə təkan verdi. Bu zaman islahatların ilkin nəticəsi kimi əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin təmin olunması da əsas diqqət mərkəzində oldu. Düşünülmüş təmkinli və praqmatik büdcə siyasətinin yürüdülməsi iqtisadi artım dinamikası fonunda sosial və iqtisadi bölmələrində nəzərdə tutulan bütün tədbirlərin yerinə yetirilməsi üçün əsl fürsət yaratdı. Büdcədəki artım templəri əhalinin bütün kateqoriyaları üçün əlverişli sosial dayaq rolunu oynadı. Bir neçə il ərzində bütün sosial bölmələrdə bu tendensiya müşahidə olundu. Azərbaycan büdcə tərtibatı zamanı 1997-ci ildən etibarən xarici borc probleminə son qoydu. Halbuki MDB ölkələrinin əksəriyyətində bu tendensiya hələ də qalmaqdadır.

Ulu Öndər Heydər Əliyevin fenomenal, nadir və təkrarolunmaz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Hazırda Azərbaycan iqtisadiyyatının strukturundakı keyfiyyət dəyişikliyinı, sosial islahatların modernizasiyasını təmin edən konsepsiya isə məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu iqtisadi modelin məntiqi nəticəsidir.

1994-cü il sentyabrın 20-də "Əsrin Müqaviləsi" imzalandı və neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Bu müqavilə Azərbaycanın potensial imkanlarını bütün dünyaya göstərməklə yanaşı, xarici investorların ölkəmizə marağının iqtisadi əsaslarını yaratmış oldu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1999-cu ildə Bakı-Supsa və 2006-ci ildə isə Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərləri istismara verildi və bununla da neftin ixrac marşrutlarının diversifikasiyası yaradıldı.

Azərbaycanın xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olundu.

Azərbaycanın iqtisadi gücü hərbi gücünü də artırır...

Hər bir ölkənin suverenliyinin, müstəqil dövlət kimi dünyü birliyində özünütəsdiqinin başlıca ümummilli təməl bazasını onun hərbi gücü, milli ordusunun qüdrəti təşkil edir. Dövlətin siyasi sabitlik faktorunda mühüm rol oynayan ordu güclü stabilkik trendlərini möhkəmləndirməklə yanaşı, regionda aparıcı güc mərkəzlərindən birinə çevrilməsində də altqat rolunda çıxış edir. Ordunun və dövlətin inkişafı ümummilli siyasi xətt olmaqla hərbi strategiyanın əsas komponentlərini müəyyən edir. İqtisadi-siyasi, ictimai-sosial inkişafa zəminverici təsir edən güclü və sabit ordu təsərrüfatı milli təhlükəsizlik arxitekturasının vacib tərkib hissəsidir.

MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtması Silahlı Qüvvələrin kadr bazasının zənginləşməsinə səbəb oldu. Ümummilli Liderin bununla bağlı fikirləri bir daha uzaqgörənliyin təntənəsini ehtiva etmiş olur: "25 il bundan öncə mən Azərbaycanda heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi məktəb yaratmaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən artıq 25 il keçəndən sonra şəxsən özüm çox yüksək qiymətləndirirəm".

Ordu quruculuğunda kadr məsələlərini daha da gücləndirmək ücün yeni milli hərbi ixtisaslaşmış tədris strukturlarının, məktəblərin yaradılması da bu strategiyanın tərkib hissəsinə çevrildi. Respublikamızda Milli Hərbi Aviasiya Məktəbi yaradıldı və 1997-ci ilin payızında məktəbin ilk zabit kadrların buraxılışı məqsədyönlü siyasətin uğurlarını şərtləndirir. Milli Hərbi Aviasiya Məktəbinin ilk zabit buraxılışı mərasimində Ulu Öndərin iştirak etməsi isə Onun orduya verdiyi yüksək dəyərin, qayğınin təntənəsi sayıla bilər. Eyni zamanda, hərbi sahədə orduya olan inamın, etibarın artmasına güclü təkanın, vətənpərvərlik ruhunun yüksəlməsinə birbaşa təsir göstərdi. Hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə Hərbi Akademiyanın yaradılması, Azərbaycan Silahlı Qüvvələrinin zabitlərinin Türkiyə, Ukrayna, Rusiya, Pakistan, Çin, Almaniya, Böyük Britaniya, İtaliya, Rumıniya, Macarıstan və digər ölkələrin tanınmış hərbi akademiyalarında və kurslarında təhsil alması ordumuzun kadr bazasının möhtəşəmliyini göstərir.

Bu gün güclü hərbi hazırlığa, döyüş əzmkarlığına, hərbi qüdrətinə və yüksək texniki imkanlara malik olan Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşıb. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi hərbi doktrinanın ana trendləri üzrə inkişaf edən, Alı Baş Komandan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində gündən-günə daha da möhkəmlənən və döyüş qabiliyyətini artıran Azərbaycan Ordusu düşmən üzərində qalibiyyət salnaməsi yazmağa qadirdir.

Prezident İlham Əliyev və milli inkişafın yeni mərhələsi...

Azərbaycanın 2003-cü ildən sonrakı inkişaf xətti liberal bazar iqtisadiyyatının daha da dərinləşməsi, Avropa İttifaqı və diğər dünya ölkələri ilə inteqrasiyası istiqamətində quruldu. Yeni dövlət başçısı postuna seçilən Prezident İlham Əliyev tərəfindən iqtisadi islahatlar davam etdirildi, yeni proqram və layihələr hazırlanaraq həyata keçirildi. Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasi kursunu, iqtisadi doktrinasını yeni dövrdə ən mükəmməl şəkildə inkişaf etdirə biləcək ictimai xadim, siyasi Lider kimi yeni inkişaf erasının tələblərinə uyğun olaraq respublikamızın tərəqqisi və zənginləşməsi üçün islahatlar kursunun yeni konturlarını müəyyən edib.

Prezident İlham Əliyev regionda genişmiqyaslı enerji-kommunikasiya dəhlizlərinin davamını gətirən addımlar atdı. Bakı-Tbilisi-Ceyhan kəmərinin istifadəyə verilməsinin ardından regionda daha yeni bir nəhəng trans-kommunikasiya marşrutunun yaradılması üçün qətiyyətli addım atdı. Bu, Azərbaycanı dünyaya bağlayacaq strateji nəqliyyat dəhlizi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti idi. Bakı-Tbilisi-Qars dəmir yolu xətti də məhz ötən əsrin ortalarında həyata keçirilən uğurlu neft strategiyasının məntiqi davamıdır.

2011-ci ildə Azərbaycan və Türkiyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinə dair anlaşma memorandumunun, 2013-cü ilin iyun ayında isə Trans-Adriatik qaz kəməri (TAP) layihələrinə dair dövlətlərarası sazişlərin imzalanması, eləcə də, 2013-cü il sentyabrın 18-də "Şahdəniz-2" layihəsinə sanksiya verilməsi dünyanın enerji tablosunda Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.

Gələcəyə baxış, yeni iqtisadi uğurların astanasında...

Azərbaycan hazırda yeni inkişafın başlanğıcındadır və qarşıdakı dövrün konseptual xətti qeyri-neft iqtisadiyyatının sütunları üzərində irəliləyən platformaya əsaslanır. Azərbaycanın dövlət başçısının müəyyənləşdirdiyi inkişaf platformasının trendləri də məlumdur. Prezident İlham Əliyev gələcəyin inkişaf ssenarilərini praqmatikliklə, rasional, eyni zamanda qətiyyətli addımlar ataraq siyasi iradə nümayiş etdirməklə nikbin baxışlarla hazırlamaqdadır. Açıq şəkildə etiraf etmək lazımdır ki, gələcəyin inkişaf trayektoriyasını müəyyən edən qeyri-neft iqtisadiyyatının bütün sektorlarında aparıcı rol oynamaqla həm təkanverici faktor qismində çıxış edəcək, həm də, maliyyə-valyuta gəlirlərinin axınına stimul yaradacaq.

Azərbaycan yaxın illərdə iqtisadiyyatın həcminə görə, dünyanın 50 inkişaf etmiş ölkəsi sırasında yer almağı hədəf seçib. Respublikamız ümumi daxili məhsulun (ÜDM) həcminə görə, dünyanın ən yaxşı 50 ölkəsi sırasına daxil olmaq üçün iqtisadiyyatı 2 dəfə artırmağı planlaşdırır. ÜDM-in artımı fonunda Azərbaycanın inkişaf etmiş "50-lik" qrupunda yer alması respublikamızın "orta gəlirli ölkələr" statusundan " yüksək gəlirli ölkələr" şkalasına daxil olmasını da şərtləndirir.

Aydın Hüseynov,

YAP Qaradağ rayon təşkilatının sədri,

YAP Siyasi Şurasının üzvü

Digər xəbərlər