PDF Oxu

Siyasət

  • 11

Ermənistana təzyiq mexanizmiləri tətbiq olunmalıdır

Ermənistana təzyiq mexanizmiləri tətbiq olunmalıdır

Elman Nəsirli: "Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar prosesi dalana dirənməyə gətirib çıxarır"

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları prinsipləri əsasında həlli istiqamətində fəallıq göstərsə də, işğalçı ölkə qeyri-konstruktiv mövqe və təxribatçı hərəkətlər nümayiş etdirməklə danışıqlar prosesini pozmağa çalışır. Bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa irəliləyişlər gözləməyə dəyərmi? Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, "Azərbaycan Prezidenti İlham Əliyev bu ilin əvvəlində Münhen Təhlükəsizlik Konfransının gedişatında bir daha səsləndirdi və qeyd etdi ki, Ermənistan təkbaşına belə aqressiv bir siyasət yeridə bilməzdi. Əgər Ermənistan lazımi cavabını alsaydı, münaqişə öz həllini çoxdan tapardı. Prezidenti İlham Əliyev onu da qeyd etdi ki, vəziyyətin paradoksallığı ondadır ki, Ermənistana ATƏT-in Minsk Qrupunun sədr dövlətləri dəstək verirlər. Beləliklə də, işğalçı ölkə olan Ermənistan arxayın olaraq öz aqressiv siyasətini davam etdirir. Həmsədr dövlətlər status-kvo vəziyyətinin dəyişməsinin vacibliyini bəyan edirlər, amma bu reallıqdan irəli gələn addımları atmırlar. Ermənistan status-kvo vəziyyətini dəyişməklə bağlı heç bir addım atmır. Təbii ki, cinayətkar bir ölkə layiq olduğu cəza ilə cəzalandırılmayanda, o, növbəti cinayətləri törətməyə şirniklənmiş olur".

Politoloqun sözlərinə görə, ATƏT-in Minsk Qrupu Ermənistana qarşı xüsusi təzyiq mexanizmi və vasitələrindən istifadə etməlidir: "Təəssüf ki, işğalçı ölkəyə qarşı müvafiq təzyiq mexanizmi formalaşdırılmayıb və bu, Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirməsinə zəmin yaradır. Bir sözlə, Ermənistandan qarşıdakı müddətdə hər hansı bir pozitiv addımı gözləmək üçün real bir əsas yoxdur. Bu da Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqların prosesinin dalana dirənməsinə gətirib çıxarır".

E.Nəsirli onu da bildirdi ki, Rusiyaya münasibətdə çox qətiyyətli mövqe nümayiş etdirən Qərb Ermənistana qarşı loyal münasibət göstərir. Bu isə sözügedən dövlətlərin münaqişənin həllinə ikili yanaşmasının göstəricisidir.

GÜLYANƏ

Digər xəbərlər