PDF Oxu

Siyasət

  • 109

Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır

Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olması ilə bağlı tədbirlər davam edir

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı və rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı təşkil olunub.

Tədbirdə YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, rayon mədəniyyət və turizm şöbəsinin rəis müavini Rafiq Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs ediblər. Bildiriblər ki, Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirmiş olduğu inkişaf konsepsiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq regionun ən güclü dövləti olan Azərbaycan qarşısına qoymuş olduğu hədəflərə nail olur. Beynəlxalq arenalarda Cənab Prezidentimiz İlham Əliyevin malik olduğu şəxsi keyfiyyətlər və üstün cəhətlər ölkəmizin nüfuzunun artmasında mühüm və əhəmiyyətli dərəcədə təsir göstərir. Bütün bu önəmli xüsusiyyətlər, tarixi hadisələr, təbii ki, Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Tədbir "Kür" instrumental estrada ansamblının ifasında konsert proqramı ilə davam etdirilib. Sonda ansambl YAP Yevlax rayon təşkilatı tərəfindən göstərdiyi ictimai fəallığa görə fəxri fərmanla təltif olunub.

YAP AĞDAM

YAP Ağdam rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib. Rayon təşkilatının şura üzvləri, ərazi ilk partiya təşkilatının sədrləri, rayonun idarə, müəssisə rəhbərləri, rayon Ağsaqqallar Şurası və partiyanın gənclər birliyinin üzvlərinin iştirak etdiyi tədbirdə YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən, ölkənin inkişafındakı xidmətlərindən danışıb: "Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə daim ölkəmizin inkişafı naminə, xalqın gələcəyi uğrunda əlindən gələni əsirgəməyib. Dünya şöhrətli siyasi xadimin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim inkişafdadır".

Tədbirdə Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib ki, 1990-ci illərin əvvəlləri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı: "Bir tərəfdən separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayır, digər tərəfdən iqtisadiyyatımız tamamilə dağılmışdır. Odur ki, ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın tanımış Lideri, zamanəsinin görkəmli dövlət və siyasi xadimi Heydər Əliyevə müraciət etdilər. Məhz Heydər Əliyevin bu müraciəti qəbul edərək yanidən hakimiyyətə qayıtması nəticəsində xalqımız bu bəlalardan xilas oldu".

Daha sonra "Ağdam" qəzetinin baş redaktoru Baxşeyiş Hətəmov, YAP Ağdam rayon təşkilatı qadınlar şurasının sədri Mətanət Misirxanova, YAP Ağdam rayon təşkilatı gənclər birliyinin sədr müavini Xəyalə Əliyeva, rayon təşkilatı gənclər birliyinin üzvü Xanım Əliyeva, təşkilatın gənclər birliyinin sədri Azər Əliyev və başqaları çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərindən bəhs etdilər.

Daha sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş inşa-yazı müsabiqəsinin qaliblərinə Fəxri fərmanlar və YAP-a yeni üzv qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim olunub. Sonda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim edilib.

YAP SUMQAYIT

Dünən YAP Sumqayıt şəhər təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirib

Dünən Sumqayıt Texnologiya Parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı geniş tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə Sumqayıt Texnologiya Parkının inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub.

Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Sumqayıt Texnologiya Parkının icraçı direktoru Sahib Musayev açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin qorunub saxlanılmasında, ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutmasında müstəsna xidmətlər göstərdiyini bildirib. S.Musayev bu gün müstəqil və güclü Azərbaycan dövlətinin əldə etdiyi uğurların Ulu Öndərin müəyyənləşdirdiyi kursa əsaslandığını və bu uğurlu yolu Prezident İlham Əliyevin əzmlə davam etdirdiyini bildirib.

Yığıncaqda Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşkilat şöbəsinin müdiri, şura üzvü Vəzirxan Ənsərov Ulu Öndər Heydər Əliyevin doğum gününün milli bayram səviyyəsində qeyd olunduğunu bildirib. O, qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın inkişafı üçün çalışıb. T.Tağıyevin sözlərinə görə, Ümummilli Liderimiz Heydər Əliyev öz uzaqgörənliyi və qətiyyəti sayəsində ölkəmizin daxili və xarici uğurlarının təminatına imkan yaradıb: "Son illər Azərbaycanın bütün sahələrdə böyük inkişaf yolu keçməsi, dünyada iqtisadi artımın sürətinə görə liderliyi ələ alması Prezident İlham Əliyevin səyləri, eyni zamanda Ulu Öndər Heydər Əliyevin ideyalarının uğurla həyata keçməsi ilə əlaqədardır. Biz Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək bu gün ölkəmizin inkişafı istiqamətində görülən işlərə öz dəstəyimizi verməliyik".

"SƏS"

Digər xəbərlər