PDF Oxu

Siyasət

  • 16

Tural Abbaslıdan Vurğun Əyyub dəstəyi

Tural Abbaslıdan Vurğun Əyyub dəstəyi

"Salam verməyənlər partiyadan çıxarılacaq"

"Vurğun Əyyub kimi bir ziyalı müsavatçının partiyadan uzaqlaşdırılması heç də Müsavata başucalığı gətirməyəcək". Sözügedən fikirləri SİA-ya Müsavat Partiyası Divanının sabiq üzvü Tural Abbaslı tanınmış müsavatçının üzvlük haqqını ödəməməməsi və partiyanın iclaslarında iştirak etməməsnə görə siyasi təşkilatın sıralarından çıxarılmasına münasibətini bildirərkən deyib.

"80 faiz müsavatçı üzvlük haqqını ödəmir, onları da partiyadan çıxarmalıdırlar?"

Tural Abbaslının fikrincə, insanların bu cür ittihamlarla qurumdan çıxarılmaları heç bir məntiqə sığmayan əlamətdir: "Ortaya qoyulan bəhanələr isə təbii ki, absurdur. İclaslarda iştirak etməmək, üzvlük haqqını ödəməmək kimi məsələlər görün nə qədər gülünc səslənir! Bu gün Müsavat Partiyasının 80 faizi üzvlük haqlarınnı ödəmir və bu o demək deyil ki, həmin insanların hamısını partiyadan uzaqlaşdırmaq lazımdır".

"Partiya rəhbərliyinin siyasi iradəsi yoxdur"

Müsavat funksioneri burada siyasi amillərin mövcudluğunun olduğunu deyib: "Düşünürüəm ki, burada texniki məsələdən daha çox siyasi məsələ dayanır. Bu da partiya rəhbərliyinin siyasi iradəsizliyidir ki, orada bir neçə nəfər məhz bu iradəsizlikdən irəli gələn sifarişləri yerinə yetirirlər. Yəqin ki, tez bir zamanda yalnış qərar müzakirə edilərək səhv düzəldiləcək, Vurğun Əyyub partiya sıralarına geri gətiriləcək".

"Başqanlığa namizədlərdən dörd adamın ikisi çıxarılıbsa…"

Tural Abbaslı ona qarşı belə addım atılacağına inanmadığını desə də, Müsavatdan çıxarılması ehtimalını da istisna etməyib: "Hazırda mənə qarşı da bu kimi addımın atılacağına inanmıram. Amma prinsip etibarı ilə niyə də olmasın? Bu gün partiyada başqanlığa namizəd ola bilən dörd adamdan ikisi çıxarılıbsa, bu da onu göstərir ki, digərləri də bu sıraya daxil edilə bilər. Bunların hamısını analiz edəndə bu gün də olmasa, sabah çıxarılmaq ehtimalı var. Bir azdan onlara salam verməməkdən dolayı partiyadan xaric edilə bilərəm".

Qeyd edək ki, Müsavat Partiyasının yerli təşkilatı Vurğun Əyyubun təşkilatın sıralarından xaric edilməsi barədə qərar qəbul edib.

Müsavat Partiyasının Divan üzvü və Binəqədi rayon təşkilatının keçmiş sədri Nemət Kərimli isə bununla bağlı deyib ki, partiyanın Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin toplantısı keçirilib.

Toplantıda Vurğun Əyyubun özəyin iclaslarına qatılmadığı müzakirə olunub: "O, özəyin iclaslarına qatılmaqla bağlı çağırışlara məhəl qoymayıb, qərarlara tabe olmayıb, üzvlük haqqını ödəməyib. Buna görə də özək təşkilatı onun partiyadan xaric edilməsi ilə bağlı qərar qəbul edib".

N. Kərimli onu da bildirib ki, qərar Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şurası tərəfindən baxılıb, təsdiq olunmalıdır.

Müsavat Partiyasının rəhbər orqanlarında təmsil olunanlar isə bu barədə danışmaq istəməyiblər.

sia.az

Digər xəbərlər