"Bu, Müsavat üçün rüsvayçı səhifə və qara ləkədir"
"Vurğun bəyin Müsavat partiyasından çıxarılması bir daha göstərdi ki, Müsavat qurultaydan sonra qisasçı təfəkkürə malik olan, yalnız qrup maraqlarını güdən cılız hisslərlə yaşayan adamlar tərəfindən idarə olunur". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan və Demokratiya Hərəkatının sədri, Müsavat başqanının sabiq müavini Qubad İbadoğlu Vurğun Əyyubun partiya sıralarından çıxarılmasına münasibət bildirərkən "facebook" səhifəsində qeyd edib.
ADR sədri bildirib ki, bu qərar partiyanın tarixinə qara ləkə kimi düşəcək: "Heç şübhəsiz ki, belə idarəçilik Müsavatın bu günündə rüsvayçı səhifə, tarixində qara ləkə kimi qalacaq, partiyanı isə gələcəkdə uçuruma aparacaq. İnanıram ki, ləyaqətli partiya üzvləri, dəyərli ictimaiyyət nümayəndələri, yaradıcı ədəbiyyat və mətbuat təmsilçiləri son 7 ayda yalnız intriqalarla gündəmdə qalan, getdikcə daha da avtoritarlaşan, illərlə yığılmış gücünü və nüfuzunu itirərək demək olar ki, hər gün zəifləyən tarixi partiyanın bu tip qərarlarına laqeyd qalmayacaqlar".
Xatırladaq ki, Vurğun Əyyub Müsavatın narazı elektoratının fəal üzvü idi və eyni zamanda ADR Hərəkatında müavinlik postunu tutur.
sia.az