4-6 may tarixlərində Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti İordaniyaya səfər edəcək. SAM-dan SİA-ya verilən məlumata görə, Mərkəzin direktor müavini Gülşən Paşayevanın başçılıq etdiyi nümayəndə heyətinə SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Kamal Makili-Əliyev və məsləhətçi-eksperti Kamal Qasımov daxildir. Səfər zamanı nümayəndə heyəti İordaniya elm və mədəniyyət mərkəzində təşkil olunacaq "Regional sülhə və təhlükəsizliyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təhdidi" (The Armenian-Azerbaijani Nagorno-Karabakh conflict: a threat to regional peace and security) mövzusunda dəyirmi masada iştirak edəcək. Müzakirədə İordaniyanın yazıçıları, politoloqları, alimləri və s. qonaqlar iştirak edəcək.
Daha sonra SAM-ın nümayəndə heyəti Petra Universitetində "Beynəlxalq təşkilatların hərbi münaqişələrin həllində rolu" mövzusunda beynəlxalq konfransda və İordaniya Strateji Araşdırmalar Mərkəzində görüşdə iştirak edəcək.Mərkəzin direktoru, məşhur İordaniya politoloqu prof. Musa Şteivi və qonaqlarla Yaxın Şərq və Cənubi Qafqaz regionları ilə bağlı bir sıra aktual məsələlər ətrafında müzakirələr planlaşdırılır.
sia.az