PDF Oxu

Siyasət

  • 14

“Human Rights Watch”dan Ermənistana məktub AKSİYA

“Human Rights Watch”dan Ermənistana məktub AKSİYA

Ermənistanın müxalifətyönlü "Parlament təsisatı" Sarkisyan rejimi tərəfindən həbs olunmuş təşkilat üzvlərinin azadlığa buraxılmaları üçün etiraz yürüşlərini davam etdirirlər. SİA xəbər verir ki, bu barədə "azatutyun.am" saytı yazır. Etiraz yürüşlərində iştirak edən müxalifətçilər üzərində Jirayr Səfilyanın və digər həbs olunmuş həmfikirlərinin şəkilləri olan köynəklərdə, eləcə də simvolik qandallarda etirazlarını davam etdiriblər. Onlar "Siyasi məhbuslarsız Ermənistan" şüarları çağırıblar.

"Parlament təsisatı" təşkilatına "Erməni qadınları cəbhəsi" də dəstək verib. Aksiya iştirakçıları paytaxt Yerevanın mərkəzi küçələrindən keçərək, vətəndaşları da etiraz etməyə çağırıblar.

Qeyd edək ki, artıq "Human Rights Watch" təşkilatı Ermənistanın baş prokuroruna və ədliyyə nazirinə məktub ünvanlayıb. Həmin məktubda bildirilir ki, Jirayr Səfilyan və digər müxalifətçilər məhz siyasi baxışlarına görə həbs olunublar və siyasi məhbus kimi tanınırlar.

Həmin məktubdan sonra həbs olunmuşların sənədləri prokurorluqda araşdırılsa da, "Parlament təsisatı" bəyan edib ki, onlar bu işə heç də obyektiv baxmayacaqlar: "İnanmırıq ki, onlar ədalətli nəticə çıxaracaqlar".

sia.az

Digər xəbərlər