PDF Oxu

Siyasət

  • 10

Baş nazirin müavini: “Onlar daxilən belə missiyaları həyata keçirməyə kökləniblər”

Baş nazirin müavini: “Onlar daxilən belə missiyaları həyata keçirməyə kökləniblər”

Əli Əhmədov: "Azərbaycana qarşı ABŞ, Avropanın bir çox dairələrindən qarayaxma kampaniyası aparılır"

"Azərbaycana qarşı qarayaxmalar Oyunların keçirilməsinin üzərinə kölgə sala bilməyəcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirinin müavini, YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov deyib.Ə. Əhmədov təəssüflə qeyd edib ki, Azərbaycan xarici dairlərin qarayaxmalarına müəyyən qədər öyrəşib: "Bir neçə il bundan öncə Azərbaycanda mötəbər "Avroviziya" mahnı yarışması keçiriləndə də belə hallarla qarşılaşmışıq. Amma, Azrbaycan bu mahnı yarışmasını çox yüksək səviyyədə keçirdi və "Avroviziya" mahnı müsabiqəsi tarixində yeni səhifə yazmağa müyəssər oldu. Artıq İlk Avropa Oyunlarının keçirilməsi üçün zəruri hazırlıq işləri başa çatdırılıb. İştirakçı tərəflər məlumdur və çox az müddətdən sonra onlar öz missiyalarını yerinə yetirəcəklər. Azərbaycanın adı İlk Avropa Oyunlarının keçirildiyi məkan kimi bu oyunların tarixinə yazılacaq".Ə. Əhmədov vurğulayıb ki, İlk Avropa Oyunlarının keçirilməsi məsuliyyətini öz üzərinə götürmüş Azərbaycana daha diqqətli yanaşılsa, ədalətli olardı: "Amma biz bunun əksini görürük. Bu gün Azərbaycana qarşı ABŞ, Avropanın bir çox dairələrindən qarayaxma kampaniyası aparılır. Onlar Azərbaycanın gördüyü bu işin üzərinə kölgə salmağa çalışırlar. Bütün bunların hamısı nə qədər ikili standartların təzahürü olsa da, Azərbaycanın haqq işini həyata keçirməsinə maneə ola bilməyəcək. Biz öz işimizi görürük və üzərimizə götürdüyümüz öhdəliyi layiqincə yerinə yetiririk. Kim buna hansı gözlə baxırsa, öz işidir. Güman etmirəm ki, bu hərəkətlər, qarayaxma kampaniyası onu həyata keçirənlərə başucalığı gətirsin. Görünən odur ki, onlar daxilən belə missiyaları həyata keçirməyə kökləniblər, həmişə belə işlərlə məşğul olurlar".

sia.az

Digər xəbərlər