PDF Oxu

Siyasət

  • 9

Rövşən Rzayev: “Səbirsizliklə I Avropa Oyunlarını gözləyirəm” AÇIQLAMA

Rövşən Rzayev: “Səbirsizliklə I Avropa Oyunlarını gözləyirəm” AÇIQLAMA

"Bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarını böyük səbirsizliklə gözləyirik. Çox sevinirik ki, Azərbaycan bu oyunlarla bağlı çox möhtəşəm bir imkana malikdir ki, məhz bu idman yarışı da ölkəmizdə keçiriləcək". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev Beynəlxalq söz azadlığını müdafiə təşkilatı olan "Article 19"un birinci Avropa Oyunları ərəfəsində Azərbaycan qarşı sərgilədiyi qarayaxma kampaniyasına münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, Azərbaycan bu oyunlardan çox şey gözləyir: "Bu gün Azərbaycanda idmana kifayət qədər böyük diqqət var. Ölkəmizin bütün regionlarında İdman Olimpiya Komplekslərinin tikilib istifadəyə verilməsi buna bariz sübutdur. Məhz bunun nəticəsi kimi biz uğurlar əldə etməyi gözləyirik. İnanıram ki, biz buna da nail olacayıq. Digər tərəfdən Azərbaycana çoxlu sayda qonaqlar gələcək. Burada onlar Azərbaycanın inkişafı ilə bağlı öz mövqelərini bildirəcəklər. Onlar ölkəmizin regionun ən güclü, eləcə də tolerant dövləti və inkişaf yolunda olduğunu görəcəklər. Xarici qonaqlar həmçinin başa düşəcəklər ki, müstəqil dövlətin bu müddət ərzində əldə etdiyi uğurlar çox çətinliklə əldə edilib. Bu gün Azərbaycanın 20 faiz torpağı Ermənistan tərəfindən işğal olunub. Oyunlar ərəfəsində xarici ölkənin nümayəndələrinin, dövlət rəhbərlərinin Azərbaycan gəlməsi böyük bir uğurdur. Sevinirəm ki, Azərbaycan belə bir gücə, imkana malik bir dövlətdir".

sia.az

Digər xəbərlər