Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov Serbiyanın Tərəqqipərvər Partiyasının (STP) nümayəndə heyəti ilə görüş keçirib. SİA-nın məlumatına görə, tədbirdə STP-nin beynəlxalq əlaqələr katibi, Avropa inteqrasiyası məsələləri üzrə portfelsiz naziri, STP-nin nümayəndə heyətinin rəhbəri xanım Yadraka Yoksimoviç, nümayəndə heyətinin üzvləri təmsil olunur. Tədbirdə həmçinin YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Milli Məclisin üzvü Sevinc Fətəliyeva, media nümayəndələri iştirak edib.Görüşdə YAP-ın Sədr müavini bildirib ki, bu səfərlər iki partiya arasındakı münasibətlərin etibarlı özülünü yaradacaq.Vurğulanıb ki, Azərbaycan və Serbiya arasında münasibətlər yüksələn xəttlə inkişaf edir.Xanım Yadraka Yoksimoviç də iki partiya arasındakı münasibətlərin inkişafından məmnunluq ifadə edib.Bildirib ki, ölkəsi Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir və əməkdaşlığın genişləndirilməsində maraqlıdır.Görüşün sonunda partiyalar arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Baş nazirinin müavini, YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov deyib ki, Yeni Azərbaycan Partiyası dünyanın siyasi partiyaları ilə əməkdaşlıq edir və zaman-zaman onların siyahısını yeniləri əlavə olunur: "Beləliklə də partiyamızın dostlarının coğrafiyası genişlənməkdədir. Bu gün Serbiyanın hakim Tərəqqipərvər Partiyası ilə əməkdaşlıq haqqında memorandum imzaladıq. Bu yaxınlarda həmin partiyanın sədri və Serbiyanın baş naziri Aleksandr Vuçiç Azərbaycanda səfərdə olub. O, Azərbaycan Prezidenti və digər səlahiyyətli nümayəndələrlə ikitərəfli maraqlarımıza uyğun olan bir sıra məsələlər üzrə danışıqlar aparıb. Bütövlükdə Azərbaycan-Serbiya münasibətləri inkişaf etməkdədir. İki ölkənin hakim partiyaları arasında bu gün imzalanan əməkdaşlıq haqqında memorandum və iki ölkə arasındakı dostluq münasibətlərə müsbət töhfəsini verəcək.Ə. Əhmədov əminliklə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə əlaqədar dəfələrlə bəyanat vermiş Serbiya bundan sonra bu mövqeyində qalacaq.Baş nazirin müavini qeyd edib ki, Azərbaycan və Serbiya arasında iqtisadi münasibətlər isə qarşılıqlı maraqlar əsasında qurulub və bu prinsiplərlə də davam etdirilir.
sia.az