PDF Oxu

Siyasət

  • 11

Elman Nəsirli: “Yaxşı imkan və potensial var” AÇIQLAMA

Elman Nəsirli: “Yaxşı imkan və potensial var” AÇIQLAMA

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ilin aprel ayının 29-da "Rossiya-24" telekanalına müsahibəsində Azərbaycan-Rusiya münasibətlərinə çox yüksək qiymət verdi. Həqiqətən də iki dövlətin münasibətləri strateji tərəfdaşlıq münasibətləridir. Faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı Moskvada hərbi paradın keçirilməsi və bu paradda Azərbaycan və Rusiyanın birgə iştirakı bir daha təsdiqləyir ki, bizim ümumi tariximiz olub". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.Politoloqun sözlərinə görə, faşizm üzərində qələbənin qazanmasında da xalqlarımız birgə döyüşüblər, fəaliyyət göstəriblər və qələbəni təmin ediblər: "Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Azərbaycan və Rusiyanın həm iqtisadi, hümanitar, həm də hərbi paradda birgə iştirakı göstərdi ki, hərbi təhlükəsizlik sahəsində də əlaqələrin yaxşı imkan və potensialı var. Bu gün Ermənistan tərəfini ən çox qıcıqlandıran odur ki, Rusiya tərəfi Azərbaycana ən müasir silah-sursatın da satışını həyata keçirir. İndiki halda faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı paradda da birgə fəaliyyət artıq Ermənistanda günün günorta çağı şimşək instekti yaratmaqdadır. Onlar bunu vahimə hissi ilə öz mətbuatlarında qeyd edirlər".E.Nəsirli əlavə edib ki, cənab İlham Əliyev "Rossiya-24" telekanalına müsahibəsində qeyd etdi ki, Azərbaycan Rusiya ilə tərəfdaşlıq münasibətlərinə sadiqdir: "Ölkə başçısı bildirdi ki, bəzi dövlətlər künc-bucaqda özlərini Rusiyanın müttəfiqi saysalar da, real səsvermə zamanı aradan çıxırlar. Beləcə Ermənistanın əslində Rusiyanın dostu olmadığı üzə çıxdı. Dövlət başçısı həmçinin dedi ki, bu gün Ermənistanda faşizm, hitler ilə əlaqə saxlayan insanlara heykəllər qoyulur və onların adlarına küçələr verilir. Təbii ki, bu da Rusiya üçün ciddi bir siqnal olmalıdır. Rəsmi İrəvan öz işğalçılıq siyasətində faşizm ənənələrinə sadiqlik nümayiş etdirir".

sia.az

Digər xəbərlər