"Azərbaycan müstəqil olandan sonra ilk əvvəl ermənilər ölkəmizi lazımınca dəyərləndirmədilər. Onlar Azərbaycanı hədsiz zəif, tipik və Türkiyənin bir əlavəsi kimi baxırdılar. Amma müəyyən bir dövr keçəndən sonra ABŞ-dakı erməni lobbisi, diasporası anladı ki, Azərbaycan hədsiz güclü faktordur". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu anti-Azərbaycan kampaniyasının ABŞ Dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.Mərkəz sədrinin sözlərinə görə, ermənilər o zaman anti-Azərbaycan planlar hazırlamağa başladılar: "Bu isə ABŞ Dövlət katibi Con Kerrinin ermənipərəstliyinin aktiv dövrünə təsadüf etdi. Həmin dövrdə Kerri ABŞ-dakı erməni lobbisinin şefi, ağsaqqalı idi. Ona görə də Azərbaycan qarşı siyasətin təməl prinsipləri C.Kerrinin ermənilərə himayədarlıq etdiyi dövrə düşdüyü üçün indi də o proseslər davam edir. ABŞ Dövlət katibi Con Kerrinin ofisindən yayılan məlumatlar sadəcə olaraq Azərbaycana qarşı aparılan siyasətin növbəti mərhələsidir. Hesab edirəm ki, onlar hələ bir müddət Kerrinin ofisi adından ölkəmizə qarşı istifadə edəcəklər".
sia.az