PDF Oxu

Siyasət

  • 9

ABŞ da daha bir qaradəriliyə qarşı görünməmiş işgəncə

ABŞ da daha bir qaradəriliyə qarşı görünməmiş işgəncə

ABŞ-ın Baltimor şəhərində Freddie Gray adlı qaradərili bir gəncin nəzarətdə ölməsinin ardından başlayan etiraz aksiyaları səngimək bilmir. SİA xarici mətbuata istinadən xəbər verir ki, nümayişlər fonunda polisin həddindən artıq gözyaşardıcı qazdan istifadə etməsi və güc tətbiq etməsi müzakirələri yenidən gündəmə gəlib. Bundan başqa bu gün üstündə "F..k the police" yazılı bir köynəklə küçəyə çıxan zənci bir gənc polisin sərt reaksiyası ilə qarşılaşıb. Bir polis özlərinə doğru gedən gəncin üzünə birbaşa gözyaşardıcı qazı sıxıb, digəri isə gəncin uzun saçlarından çəkərək yerdə sürüyüb. Hadisə yerindəki mətbuat mənsublarının çəkdikləri şəkillərdə, videogörüntülərdə gəncin əlləri arxadan qandallı halda sürükləndiyi diqqətləri özünə çəkib.

sia.az

Digər xəbərlər