PDF Oxu

Siyasət

  • 10

Elçin Mirzəbəyli: “Hər şey göz önündədir”

Elçin Mirzəbəyli: “Hər şey göz önündədir”

AÇIQLAMA

"Biz Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına nəinki I Avropa Oyunları ərəfəsində, eləcə də 2012-ci ildə Azərbaycanda keçirilən "Avroviziya" mahnı müsabiqəsində də şahidi olduq". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.Siyasi şərhçinin sözlərinə görə, I Avropa Oyunları ərəfəsində də davamlı olaraq bu proses gedir: "Təbii ki, bu, gözlənilən bir hadisədir və Azərbaycana qarşı aparılan kampaniyanın tərkib hissəsidir. Bu kimi beynəlxalq təşkilatlar faktiki olaraq eyni mənbədən, mərkəzdən idarə olunurlar. Bu baxımdan da hesab edirəm ki, Beynəlxalq söz azadlığını müdafiə təşkilatı olan "Article 19"un I Avropa Oyunları ərəfəsində Azərbaycan qarşı sərgilədiyi qarayaxma kampaniyası yayılan açıqlamalardan, verilən bəyanatlardan fərqli bir yanaş tərzi deyil. Qoy, onların təlimatlandırdıqları xarici jurnalistlər buyur Azərbaycana gəlsinlər. Mən heç cürə düşünmürəm ki, vicdanı olan və media prinsiplərinə sadiq qalan xarici jurnalistlər Azərbaycanda neqativ hər hansı bir problem görsünlər. Çünki hər şey göz önündədir".

sia.az

Digər xəbərlər